“Skype”ın sinxron tərcüməçisi artıq əlçatandır » Qaynar xəbərlərin tək ünvanı

» » » “Skype”ın sinxron tərcüməçisi artıq əlçatandır

“Skype”ın sinxron tərcüməçisi artıq əlçatandır

“Skype”ın sinxron tərcüməçisi artıq əlçatandır

 "Skype Translator” danışığın sinxron tərcümə funksiyası mobil və stasionar telefon nömrələrinə zəngləri dəstəkləməyə başlayıb.

AyMobi.Com ictnews.az-a istinadən xəbər verir ki, adi nömrələrə zənglər üç şərt əsasında işləyir: istifadəçi "Windows Insider" yoxlama proqramının iştirakçısı olmalı (bu proqrama qoşulmaq pulsuzdur ), "Skype" proqramının ən son beta versiyası quraşdırılmalı və istifadəçinin hesabında vəsait olmalıdır.


"Skype Translator" funksiyası mobil və şəhər telefonlarına zəng vaxtı proqramın daxilində olduğu kimi işləyir: istifadəçi nömrəyığanı işə salır, "Tərcümə et" ("Translate") çeviricisini aktivləşdirir və dili seçir. Yalnız bir istisna var: dialoqa başladıqda həmsöhbət danışığın real vaxt rejimində tərcümə edilməsindən xəbərdar edilir.


"Skype Translator" funksiyasının sınaqlarına 2014-cü ildə başlanılıb, 2015-ci ilin payızında isə bütün istifadəçilər üçün əlçatan olub. Cari ilin oktyabrında sözügedən funksiya rus dilini öyrənərək ingilis, ispan, Çin (mandarin), italyan, fransız, Braziliya portuqal, alman və ya ərəb dillərinin daşıyıcıları ilə ünsiyyət saxlamağa imkan verib.


Bu funksiyanın əsasını neyron şəbəkəsi ilə işləyən kompüter təlimi texnologiyası təşkil edir. Bu o deməkdir ki, xidmət istifadə edildikcə müstəqil təkmilləşir, yəni daha çox insan bu funksiyadan yararlandıqca tərcümənin keyfiyyəti bir o qədər yüksək olur.


Paylaş:


Müəllif : Baxış :
14932
Tarix:
14-12-2016, 08:31
  


loading...