VİDEO: Provayderlərdən narazı olan internet istifadəçiləri üçün şad xəbər » Qaynar xəbərlərin tək ünvanı

» » » VİDEO: Provayderlərdən narazı olan internet istifadəçiləri üçün şad xəbər

VİDEO: Provayderlərdən narazı olan internet istifadəçiləri üçün şad xəbər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

VİDEO: Provayderlərdən narazı olan internet istifadəçiləri üçün şad xəbər

 Provayderlərindən narazı qalan bəzi internet istifadəçilərinin arzuları yaxın vaxtda çin ola bilər. Belə ki, provayderləri onlayn qaydada seçmək və dəyişdirmək üçün layihə hazırlanıb.


Azərbaycan İnternet Forumu tərəfindən hazırlanan və "ASAN.net " adlandırılan layihəyə əsasən, internetdə ümumi mərkəz yaradılacaq və orada bütün proveyderlər haqqında məlumat toplanacaq. Bu sayta daxil olan müştərilər də özləri haqqında məlumatları daxil etməklə provayderlərini rahatlıqla dəyişə biləcəklər.


"ASAN.net”  layihəsi artıq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilib. Qəbul edilsə, qısa vaxtda həyata keçiriləcək.


Layihənin rəhbəri Osman Gündüz hesab edir ki, bu sistem provayderləri daha məsuliyyətli olmağa sövq edəcək.


"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 


Paylaş:


Müəllif : Baxış :
27532
Tarix:
14-10-2016, 08:51
  


loading...