"İnstaqram" və "Facebook"da belə şəkillər paylaşmayın! » Qaynar xəbərlərin tək ünvanı

» » » "İnstaqram" və "Facebook"da belə şəkillər paylaşmayın!

"İnstaqram" və "Facebook"da belə şəkillər paylaşmayın!


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"İnstaqram" və "Facebook"da belə şəkillər paylaşmayın!

İnsanlar sosial şəbəkələrdə xüsusilə yay aylarında daha çox şəkil paylaşır. Bəs bunun sizin üçün təhlükə yaradacığından xəbəriniz var? 


Aydın məsələdir ki, istirahətə yollanan bütün turistlər getdiyi hər yerdə çoxlu şəkillər çəkdirirlər. Və əlbəttə ki, o şəkilləri sosial şəbəkədə paylaşmağa tələsirlər.

 

Türkiyəli sosioloq və akademik Əli Murad Kırık bu cür paylaşımların təhlükəli olduğunu deyib. Əli Murad Kırık bəzi istifadəçilərin ünvanlarını da sosial şəbəkələrdə qeyd edərək fotolar paylaşmasını pisləyib.

 

Sosioloq bildirib ki, getdiyi yer barədə sosial şəbəkədə məlumat verən insanlar daha çox qarətə məruz qalırlar: "İstifadəçilərin sosial şəbəkədə getdiyi hər yeri qeyd etməsi, təəssüf ki, ev qarətlərinə zəmin hazırlayır. Böyük Britaniyada oğurluğa görə həbs olunan məhkumlar arasında aparılan sorğuda da çox maraqlı nəticələr əldə edilib. Məhkumların çoxu evi qarət etməzdən əvvəl onun boş olub-olmamasını sosial şəbəkələr vasitəsi ilə yoxladığını etiraf edib.

 

Dolayısı ilə məsum görünən bu cür paylaşımlar əslində, oğruların evinizə rahat şəkildə daxil olmasına imkan yaradır. Əlbəttə ki, bunun çıxış yolu sosial şəbəkədə şəkil paylaşmağa son vermək deyil. Sadəcə, şəkil və video paylaşmazdan əvvəl bəzi məqamlara diqqət etmək lazımdır. Məsələn, sosial şəbəkələrdə tanımadığımız insanları dostluğa əlavə etməyin. Həmşinin bəzi məlumaları ancaq dostlarınız üçün açıq saxlayın".

 

Araşdırmada o da məlum olub ki, türklər, çinlilər və italyanlar tətil zamanı daha çox foto və video paylaşır. Publika.az\\


Paylaş:


Müəllif : Baxış :
87832
Tarix:
10-07-2016, 13:39
  


loading...