UEFA-dan 65 min avroluq cəza » Qaynar xəbərlərin tək ünvanı

» » » UEFA-dan 65 min avroluq cəza

UEFA-dan 65 min avroluq cəza


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş UEFA-dan 65 min avroluq cəzaUEFA Macarıstan Futbol Federasiyasını cəzalandırıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Macarıstan millisinin azarkeşlərinin "Avro-2016"da qaydalara zidd davranışları səbəb olub.

Qrup mərhələsinin II turunda İslandiya ilə Marseldə keçirilən oyun zamanı macar azarkeşlər pirotexniki vasitələrdən istifadə edib, meydana yad əşyalar atıb və tribunada iğtişaş törədiblər. Bu səbəbdən UEFA Macarıstan Futbol Federasiyasına 65 min avro cərimə kəsib. 

Qeyd edək ki, Macarıstan - İslandiya oyunu 1:1 hesabı ilə başa çatıb.

Paylaş:


Müəllif : Baxış :
38232
Tarix:
22-06-2016, 22:14
  


loading...