"Avro-2016"dan rekord gəlir » Qaynar xəbərlərin tək ünvanı

» » » "Avro-2016"dan rekord gəlir

"Avro-2016"dan rekord gəlir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş "Avro-2016"dan rekord gəlirUEFA Fransada keçiriləcək "Avro-2016"dan rekord məbləğdə gəlir əldə edəcək.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumu sözügedən turnirdən 2 milyard avro qazanacaq.

Bununla da "Avro-2016" UEFA tarixinin ən gəlirli turniri olacaq.

Bu isə 4 il öncəki Avropa çempionatdan 600 milyon avro daha çoxdur. Gəlirdə belə böyük artım ilk növbədə turnirinin iştirakçılarının 16-dan 24-dək artırılması ilə bağlıdır.

UEFA teleyayım hüquqlarının satışından 1.05 milyard avro, sponsor ödənişlərindən isə 450 milyon avro qazanacaq. Qalan məbləğ bilet satışı hesabına olacaq.


Paylaş:


Müəllif : Baxış :
45932
Tarix:
10-06-2016, 23:54
  


loading...