Çunayevdən 19 saniyəyə təmiz qələbə – VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » » Çunayevdən 19 saniyəyə təmiz qələbə – VİDEO

Çunayevdən 19 saniyəyə təmiz qələbə – VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Olimpiadaya lisenziya yolunda Rəsul Çunayev ilk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə təmiz qələbə ilə məğlub etdi...

10:56
 
Bu gün Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya Təsnifat Turniri start götürür.
 
Publika.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Azərbaycan təmsilçilərindən "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionu Rəsul Çunayev, eləcə də Şalva Qadabadze mübarizə aparacaq. 66 kq çəki dərəcəsində çıxış edən Çunayev 1/16 finalda xorvatiyalı Dominik Etlingerlə üz-üzə gələcək. 98 kq çəkidəki Qadabadze isə yarışa 1/8 final mərhələsindən avstriyalı Daniel Qastla qarşı döyüşlə başlayacaq. Olimpiadaya vəsiqə üçün finala yüksəlmək lazımdır.
 
66 kq
1/16 final. Dominik Etlinger (Xorvatiya) - Rəsul Çunayev
 
98 kq
1/8 final - Daniel Gastl (Avstriya) - Şalva Qadabadze
 
Qeyd edək ki, Azərbaycanın güləş yığmaları indiyədək "Rio-2016"-ya 13 lisenziya qazanıb. Sərbəst güləş yığması olimpiadaya tam heyətlə - 6 pəhləvanla qatılacaq. Yunan-Roma güləşçiləri 4, qadın güləşçilər isə 3 çəki dərəcəsində vəsiqəyə sahib olub.
 


Paylaş:


Müəllif : Baxış :
257832
Tarix:
6-05-2016, 13:30
  






loading...