Rəsul Çunayev lider oldu » Qaynar xəbərlərin tək ünvanı

» » » Rəsul Çunayev lider oldu

Rəsul Çunayev lider oldu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Rəsul Çunayev lider olduDünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətindən "Aymobi.com”un  ANS PRESS-ə istinadən verdiyi məlumata görə,Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. 

Son Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, gümüş medalçı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də 5-ci yerdə qərarlaşan Rafiq Hüseynov olub.
 
Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Elvin Mürsəliyev 8-ci, Saman Təhmasibi 6-cı, Sabah Şəriəti isə 10-cu sıradadır.  
 

Rəsul Çunayev lider oldu

 

Rəsul Çunayev Bakıda keçirilən I Avropa Oyunlarında qazandığı qələbədən sonra Azərbaycan prezidenti İlham Əliyevə verdiyi əsgər salamı ilə ölkə ictimaiyyətinin yadında qalıb.  


Paylaş:


Müəllif : Baxış :
123332
Tarix:
9-04-2016, 06:24
  






loading...