Millimiz 6 medalla dünya 3-cüsü oldu » Qaynar xəbərlərin tək ünvanı

» » » Millimiz 6 medalla dünya 3-cüsü oldu

Millimiz 6 medalla dünya 3-cüsü oldu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Millimiz 6 medalla dünya 3-cüsü olduÇinin Tsindao şəhərində keçirilən cüdo üzrə Qran Pridə Azərbaycan milli komandası 6 medal qazanıb. 

Sonuncu yarış günündə Peter Zayzenbaxerin rəhbərlik etdiyi komanda aktivinə 3 bürünc medal yazdırıb.

90 kq çəki dərəcəsində yarışan Ramin Qurbanov mübarizəyə ikinci turdan tatami sahibi Ksun Jao Çenqi məğlub edərək qoşulub. Daha sonra Monqolustan cüdoçusu Otqonbatar Lxaqvasurenə qalib gələn Qurbanov 1/4 finalda kubalı idmançı Esli Qonzalesə uduzaraq təsəlliverici görüşlərə qatılıb. O, bürünc medal uğrunda ilk qarşılaşmasında Böyük Britaniya təmsilçisi Enryu Bernsə qalib gəlib. Ardından rusiyalı Kiril Voprosovu "ippon”la üstələyən Qurbanov fəxri kürsüyə qalxıb.

100 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Elmar Qasımov yarışa yaponiyalı Rutaro Qoto və gürcüstanlı Quram Tuşişvilini məğlub edərək başlayıb. 1/4 finalda o, argentinalı Hektor Kampos və koreyalı Hvanq Min-Hoya qalib gələn komanda yoldaşı Elxan Məmmədovla qarşılaşıb. Azərbaycan duelindən qalib çıxan Məmmədov yarımfinalda Qazaxıstan cüdoçusu Maksim Rakova uduzub. Son görüşündə isə o, Ukrayna təmsilçisi Artyom Bloşenkonu məğlub edərək bürünc medal qazanıb.

Elmar Qasıov da təsəlliverici görüşlərdə xorvatiyalı Zlatko Kumriç və almaniyalı Karl-Rixard Frey üzərində qələbə qazananraq bürünc medala sahib olub.

Digər iki cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) isə mübarizəni ilk döyüşdə məğlub olaraq dayandırıb.

Əvvəlki 2 yarış günündə İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl, Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb. Beləliklə, Qran Priyə 11 cüdoçu ilə qatılan Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında Yaponiya (5 qızıl, 1 gümüş, 3 bürünc) və Monqolustandan (2 qızıl, 2 gümüş, 2 bürünc) sonra 3-cü yeri tutub. 

sportnet.az

 


Paylaş:


Müəllif : Baxış :
26532
Tarix:
22-11-2015, 21:08
  






loading...