Boksçularımızdan möhtəşəm uğur: 4 "qızıl" » Qaynar xəbərlərin tək ünvanı

» » » Boksçularımızdan möhtəşəm uğur: 4 "qızıl"

Boksçularımızdan möhtəşəm uğur: 4 "qızıl"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Boksçularımızdan möhtəşəm uğur: 4 "qızıl"Paytaxımızda 8-ci dəfə təşkil olunan "Böyük İpək yolu” turnirində final görüşləri keçirilib. Bizimyol.info saytının Azərbaycan Boks Federasiyasına istinadən məlumatına görə, ilk olaraq, 56 kq çəki dərəcəsində qalib müəyyənləşib.
 
Bu çəkidə yarışan Cavid Çələbiyev həlledici qarşılaşmada gürcüstanlı Merab Turkadze ilə üz-üzə gəlib. Gürcüstan təmsilçisi 2-ci raundda zədələndiyindən 3-cü hissədə mübarizədən imtina edib. Nəticədə Cavid Çələbiyev turnirin qalibi olub.
 
Maraqlıdır ki, 60 kq çəkidə də yarışan Gürücüstanın digər boksçusu Badri Çipuria da mübarizənin gedişində zədələndiyindən qarşılama yarıda başa çatıb. Amma reqlamentə əsasən ilk raundda rəqibindən üstün olan Badri Çipuria qalib elan edilib.
 
64 kqda ölkəmizi təmsil edən Lorentso Sotomayor ukraynalı Vladimir Matveyçukla qarşılaşıb. Rəqibindən üstün döyüşən Sotomayor sonda rinqi qələbə ilə tərk edib. Bu, komandamızın turnirdə 2-ci qızıl medalı olub.
 
69 kqda ukraynalı Sergey Boqaçuk çempion adını qazanıb.
 
75 kqda isə daha bir bokçumuz Kamran Şahsuvarlı rinqə çıxıb. O, finalda gürcüstanlı Georgi Georqadze ilə döyüşüb. Rəqibindən daha aktiv çıxış edən Kamran Şahsuvarlı "Böyük İpək yolu” turnirinin qalibi olub.
 
81 kqda yarışan Teymur Məmmədov da komanda yoldaşlarının uğurunu davam etdirib. O, finalda Rusiya təmsilçisi Maqomedmurad Aslanbekovdan güclü olub.
 
Bununla da, boksçularımız turnirin son günündə 4 qızıl medal qazanıblar.
 
91 kq çəki dərəcəsində iranlı Reza Moradhani, super ağır çəki dərəcəsində – +91 kq-da isə ukraynalı Vladislav Sirenko yarışın qalibi adını qazanıb.

Paylaş:


Müəllif : Baxış :
19132
Tarix:
13-03-2016, 14:11
  






loading...