Cüdoçularımız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Cüdoçularımız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb

Cüdoçularımız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Cüdoçularımız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıbİspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.
"Report"un məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Oğlanlar arasında Rövşən Əliyev (50 kq), Vüsal İbrahimov (55 kq), Elçin Hüseynov (60 kq) qızıl, Rüfət Məmmədov (50 kq), Yaşar Nəcəfov (55 kq) və Murad Fətiyev (66 kq) bürünc medal qazanıb.
Qızlar arasında isə Şəfəq Həmidova (44 kq) gümüş, Gültac Məmmədəliyeva (48 kq) bürünc medal qazanıb.

Digər cüdoçumuz Şəhanə Hacıyeva Avropa kubokunda 5-ci olub. Bununla da, Azərbaycan millisi yarışın ilk günündə aktivində 8 medal yazdıraraq komanda hesabında birinci yerdə gedirlər.

Paylaş:


Müəllif : Baxış :
24832
Tarix:
13-02-2016, 19:44
  


loading...