FİFA-dan "Real" və "Atletiko"ya şok: transfer qadağası! » Qaynar xəbərlərin tək ünvanı

» » » FİFA-dan "Real" və "Atletiko"ya şok: transfer qadağası!

FİFA-dan "Real" və "Atletiko"ya şok: transfer qadağası!


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
FİFA İspaniyanın daha iki klubuna transfer qadağası qoyub
 
Ali futbol qurumu "Barselona"nın ardından "Real" (Madrid) və "Atletiko" (Madrid) klublarına da analoji sanksiya tətbiq edib.

Buna səbəb Madrid təmsilçilərinin 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol vermələri səbəb olub. Cəza qarşıdakı iki transfer pəncərəsinə şamil ediləcək. FİFA-nın qərarına görə "Real" və "Atletiko" klubları bu yay və gələn qışda yeni futbolçu sifariş edə bilməyəcək. 

Hər iki kluba pul cəzası da kəsilib. "Atletiko" 900 min, "Real" isə 360 min İsveçrə frankı məbləğində cərimələnib.

Qeyd edək ki, daha öncə "Barselona" FİFA-nın tətbiq etdiyi transfer qadağasına görə bu ilin yanvar ayına qədər yayda heyətinə qatdığı Arda Turan və Aleyş Vidalın xidmətindən yararlana bilməyib.

qol.az

Paylaş:


Müəllif : Baxış :
22432
Tarix:
14-01-2016, 14:59
  


loading...