Arda Turan "Barselona"nın "18"liyində » Qaynar xəbərlərin tək ünvanı

» » » Arda Turan "Barselona"nın "18"liyində

Arda Turan "Barselona"nın "18"liyində


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Arda Turan "Barselona"nın "18"liyindəTürkiyə milisinin yarımmüdafiəçisi Arda Turan "Barselona"nın heyətində ilk rəsmi matçına çıxa bilər.

Arda komanda yoldaşı Aleks Vidalla birgə "Espanyol"la keçiriləcək kubok matçının "18"liyinə daxil edilib.

Bu isə o deməkdir ki, hər iki futbolçu sabah "Espanyol"la keçiriləcək görüşdə oynaya biləcək. Sergi Roberto, Rafinya, Klaudio Bravo, Duqlas, Sandro və Adriano isə sabahkı oyunda iştirak etməyəcək.

"Espanyol"la oyun üçün "Barselona"nın "18"liyində bu futbolçular yer alıb: Ter Ştegen, Masip, Pike, Rakitiç, Buskets, Dani Alveş, Arda Turan, İniyesta, Suares, Messi, Neymar, Maskerano, Bartra, Munir, Alba, A.Vidal, Vermalen və Matye.

Qeyd edək ki, mövsümün əvvəlində "Atletiko"dan "Barselona"ya keçən Arda Turan FİFA-nın Kataloniya təmsilçisinə tətbiq etdiyi transfer qadağası səbəbindən yanvar ayına qədər komandasına kömək edə bilməyib.  

qol.az

Paylaş:


Müəllif : Baxış :
24832
Tarix:
5-01-2016, 15:43
  


loading...