Ölkəmiz yenə gerilədi » Qaynar xəbərlərin tək ünvanı

» » » Ölkəmiz yenə gerilədi

Ölkəmiz yenə gerilədi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ölkəmiz yenə gerilədi

 Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, mübarizəyə xanım güləşçilər də qoşulub.

 

Öncə yığmamızın əsas medal ümidləri – Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) xalça üzərinə çıxıblar.


48 kq


Mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariyanın ilk rəqibi Patrisia Bermudes olub. Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanan Stadnik argentinalıya heç bir şans verməyib. İlk hissədə rəqibindən 10 xal alan təmsilçimiz döyüşü vaxtından əvvəl xeyrinə bitirib.

 

O, 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.

 

Finala gedən yolda təmsilçimiz bolqarıstanlı Elitsa Atanasova Yankova ilə qarşılaşıb. O, rəqibinə heç bir şans verməyib. Görüş başlayan kimi ardıcıl xallarla hesabı 6:0 edən təmsilçimiz daha sonra isə rəqibinin kürəyini xalçaya vuraraq ilk perioddaca təmiz qələbə qazanıb.

 

Stadnik finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib. Bu idmançıya 2015-ci il Las-Veqasda keçirilən dünya çempionatının finalında məğlub olan güləşçimiz bu dəfə də qalib gələ bilməyib. Halbuki, döyüşə Mariya fəal başlamışdı. İlk hissəni 2:0 hesabı ilə öndə bitirən idmançımız sonradan rəqibə 1 xal versə də, sona 3 saniyə qalmışa qədər öndə idi.

 

Son saniyələrdə isə hər şey dəyişdi və bir fəndlə iki xal qazanan Tosaka 3:2 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxdı.

 

58 kq 


Yuliya Ratkeviç də mübarizəyə 1/8 final mərhələsindən start verib. Ukraynalı Oksana Herhel qarşılaşan London Olimpiya Oyunlarının bürünc medalçısı çətinliklə də olsa mərhələ adlayıb. Belə ki, 3:0 hesabı ilə öndə olan güləşçimiz ardınca üstünlüyü əldən verib - 3:5. Lakin son saniyələrdə özünə gələn Ratkeviç 7:5 hesabı ilə qələbə qazanıb.

 

İdmançımız 1/4 finalda kolumbiyalı Jaklin Penteria ilə qüvvəsini sınayıb. Bu qarşılaşmaya da fəal başlayan təmsilçimiz hesabı 7:0-a çatıdırb. Sona yaxın rəqibin fəallaşması isə hesaba təsir etsə də, nəticəyə təsir etməyib - 7:3.

 

Ratkeviç yarımfinalda yaponiyalı Kaori İço ilə qarşılaşıb. Rəqibinə 0:10 hesabı ilə məğlub olan güləşçimiz mübarizəni bürünc medal uğrunda davam etdirib. Onun rəqibi tunisli Mərvə Əmri olub. Yuliya da komanda yoldaşı kimi matça fəal başlayıb və ardıcıl fəndlərlə fərqi 3 xala çatdırıb. Ancaq sonradan toparlanan rəqib əvvəlcə 1, sonra yenə 1, sona 4 saniyə qalmış isə 4 xal qazanaraq görüşün taleyini həll edib - 6:3.

 

Beləliklə iki həlledici görüşə çıxan təmsilçilərimiz son saniyələrdə məğlubiyyətlə barışmalı olublar.


Paylaş:


Müəllif : Baxış :
36032
Tarix:
18-08-2016, 10:33
  






loading...