"İlhamə heç vaxt tarixdə qalmayacaq" - Floradan sərt sözlər » Qaynar xəbərlərin tək ünvanı

» » » "İlhamə heç vaxt tarixdə qalmayacaq" - Floradan sərt sözlər

"İlhamə heç vaxt tarixdə qalmayacaq" - Floradan sərt sözlər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"İlhamə heç vaxt tarixdə qalmayacaq" - Floradan sərt sözlər

 

"Yaşımla heç vaxt barışmıram. Ruhum yaşımdan qocadır. Qadın yaşının ruhunu dərk etməsə, başını itirə bilər".

Axşam.azbildirir ki, bu sözləri xalq artisti Flora Kərimova "Yoldaş Rövşanə" verilişində deyib. 

Müğənni dəfələrlə efirlərdə ona qadağalar qoyulmasından danışıb:

"Mənim arxamca qaçırdılar, ölümümü istəyirdilər. Əvvəlcə səsimin, sonra taleyimin acığın çıxırdılar. Kiminləsə elə-belə münasibətdə olan insan, məni evinin xanımı, uşağının anası etdi. Bununla barışa bilmirdilər".

F.Kərimova "Azərbaycanda ilk plastik əməliyyat etdirən siz olmusunuz" sualına belə cavab verib: 

"İlk dəfə plastik əməliyyatı İlhamə Quliyeva etdirmişdi, gözəl də alınmışdı. Daha sonra çox sevdiyim bir qiraət ustası etmişdi. Bəyəndim və zəng edib həkimin adını soruşdum. Evdən xəlvət getdim, etdirdim və qayıtdım".

"İLHAMƏ QULİYEVA SƏNƏTKAR DEYİLDİ"

Müğənni illərlə küsülü olduğu mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı maraqlı açıqlamalar verib:

"İlhamə Quliyeva Azərbaycan musiqi tarixində qalmayacaq. Mənim səsim bütün konsertlərdə, cizgi filmində, tamaşada, filmdə var idi. İlhamə xanımın isə heç bir yerdə, ciddi layihələrdə səsi yoxdur. İlhamə yaxşı müğənni idi, amma xasiyyəti ilə insanları özündən uzaqlaşdırdı. O, sənətkar deyildi. Sənətkar mərdimazar, paxıl olmamaqdır, gözəl səsi qəbul etməkdir. İlhamə gözəl oxuyurdu, amma sənətdə iz qoymadı. Ürəyini qoyurdu oxuduğu mahnılara...".

"ONUN BAŞI MƏNİM YANIMDA HƏMİŞƏ AŞAĞI OLUB"

Aparıcı Rövşanə Ağasəfqızının  "Bəlkə qəbr üstünə gedib, pıçıltı ilə ürəyinizdəkiləri deyib, ona "Allah rəhmət eləsin" deyəsiniz" sözlərinə F.Kərimova etiraz edib:

"Ömrümdə heç kimlə pıçıltı ilə danışmamışam. Hər zaman sözümü İlhamənin üzünə demişəm. Sağlığında bağırtımı eşitmədisə, o dünyada pıçıltını necə eşidəcək? Sonuncu aramızda baş verən hadisələri nəylə izah etmək olar? Niyə bunları etdi? Aramızdakı böyük mübarizənin səbəbini özü bilir. Onun bunu hamıya deməyə üzü yox idi. Onun başı mənim yanımda həmişə aşağı olub. Mənə deyirlər ona "Allah rəhmət eləsin" demirsən. Zülm çəkən insan sənə bu sözü demirsə, Allah onu bağışlamır. Mən onu bağışlamıram. 

Əgər mənim onun və ya hansısa ailə qarşısında günahım varsa, o, ailədən üzr istəyərəm. Şəxsi həyatıma gəldikdə isə... Heç bir kişi məmnun olduğu ailəsindən getməz. Heç bir kişi müqayisədə xanımın kim olduğunu dərk edib, getməz".

"Mən İlhaməni xasiyyətinə görə sevməmişəm. Mahnılarını dinləmişəm, amma zümzümə etməmişəm. İstəmişəm o ifa qulağımda qalsın. Onu dinləyirdim, ifasını sevirdim, qəbul da edirdim. Düşünürdüm ki, niyə bunu oxuyanın xasiyyəti belə pisdir" deyə, F.Kərimova əlavə edib. 

"İLHAMƏNİN ÖLÜM XƏBƏRİNİ EŞİDƏNDƏ İNANMADIM"

F.Kərimova İlhamə Quliyevanın ölüm xəbərinə ilk vaxtlar inanmadığını etiraf edib:

"Jurnalist evimizə zəng etdi, Yaqut telefonu götürdü, ona dedilər. Söylədim ki, inanma, biz müğənnilər haqda çox şey deyirlər. Sonra xəbəri ANS-də elan etdilər. Onda inandım və içimdə nəsə qırıldı, istəməzdim. Mənim üçün həmin an dünya boşaldı. Onda dedim ki, sən niyə belə oldun? 

"MƏNDƏN İLHAMƏYƏ QARŞI "RƏHMƏT" GÖZLƏMƏSİNLƏR"

O mənə çox pisliklər edib, dilə gətirəsi deyil. İfası da xasiyyətinə bənzəməli idi. Onun mənə sevə-sevə olan nifrəti ondan qaynaqlanırdı ki, aramızda məsafə var idi. Mənim qadınlıq taleyimi, övladlarıma münasibətimi bağışlaya bilmirdi. O mənim övladlarıma dəyirdi, elə sözlər yayırdı ki... Mən övladlarımı qoruyan anayam. Bilmirəm, etdiklərinə görə o dünyada necə cavab verəcək. Məndən ona qarşı "rəhmət" sözü gözləməsinlər. Onun günahlarının şahidi insanlar idi".

Paylaş:


Müəllif : Baxış :
35432
Tarix:
24-06-2016, 09:43
  






loading...

Oxşar Xəbərlər