“Hesabımdan milyonlarla pul çıxarılıb...” - Röyanın eks-əri » Qaynar xəbərlərin tək ünvanı

» » » “Hesabımdan milyonlarla pul çıxarılıb...” - Röyanın eks-əri

“Hesabımdan milyonlarla pul çıxarılıb...” - Röyanın eks-əri


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş “Hesabımdan milyonlarla pul çıxarılıb...” - Röyanın eks-əriRöya Ayxanın eks-həyat yoldaşı Anar Cəlilovun başına iş gəlib.

"Aymobi.com”un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə,   iş adamı sosial şəbəkədə "Bank Standart”ı məhkəməyə verdiyini yazıb.

Anar Cəlilov iddia edib ki, bank onun razılığı olmadan bank hesabından külli miqdarda pul çıxarılıb:

"Mən Anar Cəlilov olaraq bildirmək istəyirəm ki, "Bank Standart” mənə və yaxın qohumlarıma məxsus bank hesablarından bizim razılığımız olmadan külli miqdarda (milyonlarla) pul vəsaitinin başqa şəxslərin hesabına köçürülməsi halları baş verib. Bizim razılığımız olmadan hesabımızdakı pullardan kimlərin istifadə etməsi və külli miqdarda pul vəsaitlərinin kimlərin hesabına köçürülməsi barədə məsələlərin aydınlaşdırılması üçün Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm.

Məhkəmənin qətnaməsi ilə bizim iddia tələblərimiz təmin edilmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli qərarı ilə, Səbail rayon Məhkəməsinin qətnaməsi əsassız olaraq ləgv edilmişdir. Beləcə bankın bizə məxsus hesablarda olan pul vəsaitlərindən qanunsuz olaraq istifadə etməsi halları ört-basdır olunub”.

Paylaş:


Müəllif : Baxış :
40132
Tarix:
7-04-2016, 10:02
  


loading...