Azərbaycanlı müğənnidən gülünc tələb » Qaynar xəbərlərin tək ünvanı

» » » Azərbaycanlı müğənnidən gülünc tələb

Azərbaycanlı müğənnidən gülünc tələb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Azərbaycanlı müğənnidən gülünc tələbTanınmış müğənni, əməkdar artist Şəbnəm Tapdıq ANS TV-də yayımlanan "Alın yazısı” verilişinin aparıcısı Şəbnəm Xeyrulla qarşısında qeyri-adi tələb irəli sürüb. Müğənni telejurnalistdən adını dəyişdirməyi istəyib.

"Aymobi.com”un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu haqda jurnalist özü Feysbuk-da yazıb. Bildirib ki, bu günlərdə müğənni ona zəng edərək gülünc tələb irəli sürüb. O deyib ki, adını Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib və bu o deməkdir ki, "Şəbnəm" adının bütün hüquqları ona aiddir: "Sizə təklif edirəm, adınızı dəyişəsiniz. Demirəm, tam dəyişin. Sizə variantlar da təklif edə bilərəm: Şəbnəmnur və ya Şəbnəmtac. Necədir?”.

Müğənni deyib ki, o ancaq müğənni şəbnəmlərin adını dəyişməsini tələb edirdi: "Məsələn, Şəbnəm Tovuzlunun. Amma siz də tanınan, gözəl aparıcısınız. Olmaz ki, öz adınız olsun? Şəbnəmnur, Şəbnəmtac... Günah mənim mamamdadır. Vaxtında adımı qeydiyyatdan keçirsəydilər, bu vəziyyətə düşməzdim. Atamın mənə verdiyi bu adı başqaları oğurlamazdı. Atam təklif edir ki, bu qədər adamı dağa-daşa salmaqdansa, öz adını dəyişdir, İlkşəbnəm qoy, vəssalam. Amma mən istəmirəm axı, belə olsun”.

Telejurnalist təbii ki, müğənninin bu qeyri-ciddi tələbini elə qeyri-ciddi də qəbul edib.

Paylaş:


Müəllif : Baxış :
63832
Tarix:
27-03-2016, 13:27
  


loading...

Oxşar Xəbərlər