Enrike İqlesias Bakıya gəlir » Qaynar xəbərlərin tək ünvanı

» » » Enrike İqlesias Bakıya gəlir

Enrike İqlesias Bakıya gəlir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Enrike İqlesias Bakıya gəlirDünya şöhrətli müğənni Enrike İqlesias Bakıya gələcək.
Aymobi.com ANSpress-ə istinadən xəbər verir ki, ulduz ifaçının Bakıya səfəri ilə bağlı məlumat E.İqlesiasın rəsmi saytında yer alıb.

Müğənni Formula 1 Qran Prisi çərçivəsində iyunun 18-də Bakı bulvarında konsert verəcək. Məşhur müğənni yeni albomundan mahnılar təqdim edəcək. İfaçının rəsmi saytında konsertə biletdə almaq mümkündür.

Bir müddət əvvəl Bakı Şəhər Halqası (BŞH) əməliyyat şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ANS PRESS-ə müsahibəsində bildirib ki, Formula 1 yarışlarında dünya şöhrətli müğənnilər iştirak edəcək. "Planlaşdırılır, sadəcə hazırda bu məlumatlar sirr olaraq saxlanılır. Ətraflı məlumat yarış öncəsi rəsmi veb səhifəmiz vasitəsi ilə elan ediləcək".

Paylaş:


Müəllif : Baxış :
26432
Tarix:
24-03-2016, 17:37
  






loading...