Müğənni Kamran Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirir » Qaynar xəbərlərin tək ünvanı

» » » Müğənni Kamran Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirir

Müğənni Kamran Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Müğənni Kamran Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirirMüğənni Samir Piriyevin aparıcı Kamran Həsənlidən poisə şikayəti əsasında açılan cinayət işi üzrə araşdırma davam edir. Bizimyol.info xəbər verir ki, Samirin hüquqşunası Ruslan Əhmədoğlu açıqlama verərək istintaqla bağlı bəzi məqamlara aydınlıq gətirib. 

O, K.Həsənlinin "pulu mənə deyil, Erhan Yılmaz adlı Türkiyə vətəndaşına verib” sözlərini yalan adlandırıb: "Samir və Kamran ilk dəfə bu biznes haqda danışanda ortalıqda Erhan adlı şəxs yox idi. Bu işin rəhbəri Kamran Həsənlinin bacısı Gülər Həsənli idi. Samirin də bütün sövdələşmələri, danışıqları Kamranın özüylə olub. Həmin məbləğ, yəni 115 min dollar ona Azərbaycanda verilib. Kamran şirkətin iflas etdiyini deyəndən sonra Samir ondan pullarını istəyib. Kamran məsələdə Gülərlik bir şey olmadığını, pulları Erhan adlı bir şəxsə verdiyini deyib. Samir də qarşılığında onun üçün bunun əhəmiyyətsiz olduğunu, pulu faktiki olaraq Kamrana verdiyini xatırladıb. Kamran pulun 20 min dollarının qarşılığında Samirə öz avtomobilini verib. Bundan öncə də 15 min dollar verib. Şirkət iflas olubsa, Kamran da ziyan çəkibsə, bəs niyə avtomobilini Samirə verir?”.
 

Müğənni Kamran Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirir

 

Vəkil bunu sübut edən səsyazmaların olduğunu bildirib:


"Burada önəmli bir qeyd edim ki, Samirlə Kamranın səsyazmaları məndədir. Bu gün rəsmi ərizə ilə həmin yazılar istintaqa təqdim ediləcək. Səsyazmasında Samir şəxsən verdiyi pulları tələb edincə, Kamran Həsənli birmənalı şəkildə "mən heç yerə qaçmıram, pulu verə bilməsəm də, evimi satıb verəcəyəm. Kamran yalan danışmağa davam etsə, biz daha cəsarətli səsyazılarını ortaya çıxaracağıq”.


R.Əhmədoğlu Samirin hadisədən bir neçə il sonra şikayət etməsini belə izah edib: "Bu illər ərzində Samir Kamranın "qurban olum, evimi, obyektimi satıb verəcəyəm" sözlərinə görə susub. Kamran dünənədək deyirdi ki, hamısı yalandı, ümumiyyətlə, cinayət işi açılmayıb... Kamran işin mahiyyəti haqda danışsın... O vaxt Samir ona pul verəndə evini, maşınını satıb, özü kirayədə yaşayıb. Çünki düşünüb ki, bu işdən gəlir əldə edəcək”.


Müğənninin vəkili S.Piriyevin birinci həyat yoldaşının bu məsələdə maraqlı tərəf kimi adlandırılmasını doğru hesab etmir: "Samir 115 min dolları keçmiş həyat yoldaşı və öz sürücüsünün iştirakıyla təqdim edib. Kamran indi deyir ki, xanımla sürücü məsələdə maraqlı şəxslərdir. Amma  onlar artıq maraqlı tərəf ola bilməzlər. Çünki bütün mətbuat bilir ki, Samir birinci həyat yoldaşı ilə məhkəmə çəkişmələri ilə ayrılıb. Münasibətləri heç də isti deyil. Nə bu gün, nə də o zaman... Rəsmi boşandıqları və münasibətləri gərgin olduğu üçün Samirin birinci həyat yoldaşı maraqlı tərəf kimi çıxış edə bilməz”.


R.Əhmədoğlu hazırda istintaqın gedişatından və işin yubadılmasından razı olmadıqlarını da bildirib:

"Biz hazırda istintaqın gedişatı ilə razı deyilik. Bu işi əvvəl polis idarəsi araşdırıb, əgər müəyyən cinayət əməli olmasaydı, faktla bağlı cinayət işi açılmazdı. Amma iş yubadılır... Hansısa Türkiyə vətəndaşı məktub göndərib ki, pulu mənə veriblər. Çox gülməli haldır ki, Erhan adlı Türkiyə vətəndaşı Bakı şəhər prokuroruna ərizə ilə necə müraciyyət  bilər? Hardan bilirdi muraciyyeti hansi vezifeli  şəxsin adına yazmalı idi? Bunlar hamısı K.Həsənlinin iz qurmalatıdı! Əgər bir nəfər etiraf edirsə ki, pul məndədir, o, ya istintaqa cəlb olunur, ya da gəlib şəxsən üzləşdirilir. Onda belə çıxır ki, istənilən vətəndaş borcu olduğu təqdirdə hansısa xarici ölkədən bir üçüncü şəxs tapıb, onun adından "pul məndədir" yazaraq məsuliyyətdən azad ola bilər? Belə bir şey yoxdur qanunvericilikdə. Samir Erhanı tanımadığı halda pulu ona necə verə bilərdi? Kamran pulun onda və Gülərdə olmadığını, Erhan adlı şəxsdə olduğunu deyəndə Samir Antalyaya gedərək ilk dəfə həmin adamla görüşüb. Ortada bu qədər fakt ola-ola, hansısa əsası olmayan bir məktub istintaqın işini dayandırıb. Nərimanov Rayon Polis idarəsinin İstintaq idarəsinin ləng işləməsindən narazıyıq. Samir qarşıdakı günlərdə bütün hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünür”.



Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.


Paylaş:


Müəllif : Baxış :
33332
Tarix:
12-03-2016, 09:51
  


loading...