“1 dəqiqəlik şou yetərli idi...” - Sədaqət Dadaşova » Qaynar xəbərlərin tək ünvanı

» » » “1 dəqiqəlik şou yetərli idi...” - Sədaqət Dadaşova

“1 dəqiqəlik şou yetərli idi...” - Sədaqət Dadaşova


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Ay mənim rəfiqələrim, əzizlərim... Gördüyünüz kimi bir günün içində gündəmə gəlib, Azərbaycanın önəmli mövzusuna çevrilmək üçün 1 dəqiqəlik şou yetərli idi”.

Aymobi.com "Qafqazinfo”nun məlumatına görə, bu sözləri xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova sosial şəbəkədə yazıb.

Aktrisa bildirib ki, gündəmi zəbt etmək su içmək qədər asandır:

"İllərimi sənətə verdim. Amma görünür ki, sənət heç kimə maraqlı deyil. Çoxu qalmaqal axtarışındadır. İndi sübut etdim ki, ölkəmizdə bir-iki kəlmə sözlə gündəmi zəbt etmək su içmək qədər asandır”.

Qeyd edək ki, Sədaqət Dadaşova "Zuhal Topalla İzdivaç” evlilik verilişində maraqlı açıqlama verib.

O bildirib ki, evli olan kişidən bir uşaq dünyaya gətirib:

"Münasibətimiz 7 il davam etdi. Ondan övladım olandan sonra ayrıldıq. Adı Asifdir. Ailəli idi, iki qızı da vardı. Dedi ki, məndən uşaq dünyaya gətir, səninlə evlənəcəm. Amma Asif mənimlə evlənmədi. Mən də münasibətə son qoydum. Asifdən 20 yaşlı oğlum var. Ümumiyyətlə, 4 övladım var, onlardan 3-ü əmimoğlundandır”.


Paylaş:


Müəllif : Baxış :
35432
Tarix:
12-02-2016, 07:26
  






loading...