Müğənni anasının evlilik proqramına qatılmasından danışdı » Qaynar xəbərlərin tək ünvanı

» » » Müğənni anasının evlilik proqramına qatılmasından danışdı

Müğənni anasının evlilik proqramına qatılmasından danışdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Müğənni anasının evlilik proqramına qatılmasından danışdıMüğənni Səidə Dadaşova anası, aktrisa Sədaqət Dadaşovanın Türkiyədə evlilik proqramına qatılmasından xəbərsiz olduğunu deyib.

O, axşam.az-a açıqlamasında bildirib ki, bu hadisə haqda yazılan xəbərləri oxumayıb:

"Anamın evlilik proqramına qatılmasından xəbərim yoxdur. Həm də ki o, mənim anamdır, mənə məsləhət verəndir. Mən valideynlərimə məsləhət verən deyiləm, onların işinə qarışmıram".

S.Dadaşova ailə söhbətlərindən çox danışmağı sevmədiyini bildirib.

Qeyd edək ki, xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Fox TV-də yayımlanan "Zuhal Topalla" evlilik proqramına qatılıb.

Paylaş:


Müəllif : Baxış :
31032
Tarix:
30-01-2016, 15:03
  






loading...