“Röyanın adını eşitmişəm...” - Akcent » Qaynar xəbərlərin tək ünvanı

» » » “Röyanın adını eşitmişəm...” - Akcent

“Röyanın adını eşitmişəm...” - Akcent


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş “Röyanın adını eşitmişəm...” - AkcentBakının qonağı bu dəfə məşhur müğənni Akcent olub.

"Qafqazinfo” xəbər verir ki, şəhər restoranlarının birində konsert vermək üçün Bakıya gələn müğənni, hava limanından birbaşa konsert salonuna üz tutub.

Muz TV-yə açıqlama verən ifaçı konsert barədə fikirlərini bölüşüb:

"Bu, Bakıya ilk gəlişim deyil. Bir müddət öncə də burada olmuşam. Yenidən Bakıya gəldiyim üçün çox xoşbəxtəm. Bu gün konsertdə yeni trekimi təqdim edəcəyəm. "Amor Gitana” adlı yeni mahnımı səsləndirəcəyəm. Gecə boyunca canlı ifalarım olacaq. Məni sevənləri çox gözəl bir gün gözləyir.

Azərbaycanın digər bölgələrində olmaq istəyirəm. Ümumiyyətlə qarşıda planlarım var ki, dünya turu çərçivəsində verdiyim konsertlər sırasına Bakı da daxil olsun. Mən bəzi Azərbaycan mahnılarını bilirəm. Onların adını sadalaya bilərəm. Azərbaycanı "Avroviziya”da təmsil edən iştirakçıları tanıyıram. O cümlədən, Röyanın adını eşitmişəm”.


Paylaş:


Müəllif : Baxış :
23632
Tarix:
19-01-2016, 06:40
  






loading...