Müğənni şagirdi döyən müəllim barəsində danışdı: "İnanmıram ki, müəllim durduğu yerdə şagirdi vursun" » Qaynar xəbərlərin tək ünvanı

» » » Müğənni şagirdi döyən müəllim barəsində danışdı: "İnanmıram ki, müəllim durduğu yerdə şagirdi vursun"

Müğənni şagirdi döyən müəllim barəsində danışdı: "İnanmıram ki, müəllim durduğu yerdə şagirdi vursun"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Müğənni şagirdi döyən müəllim barəsində danışdı: "İnanmıram ki, müəllim durduğu yerdə şagirdi vursun""Uşaqlara əl qaldırmağın tamamilə əleyhinəyəm. Lakin gördüyüm əksər uşaqların tərbiyəsi məni də bir oğul anası kimi çox narahat edir. Valideynlərin övladlarına verdiyi tərbiyə çox acınacaqlıdır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Sanəliyeva deyib. O, Sumqayıtda şagirdi döydüyü üçün məktəbdən uzaqlaşdırılan müəllim haqqında fikirlərini bölüşüb:

"Valideynlər uşaqlara nə böyüyə hörməti, nə də heyvanla davranışı başa salırlar. Ancaq vəhşilik... İnanmıram ki, müəllim durduğu yerdə şagirdi vursun. Amma o müəllimdir və nümunə göstəricisidir, bu hərəkət də səhvdir. Valideynlərə sözüm odur ki, sabah övladınıza siz də sözünüzü keçirə bilməyəcəksiniz. Övladınız ətrafdakına necə davranırsa, sizə betərini göstərəcək. Böyüklərə hörmət öyrədin ki, sizə də onu göstərsinlər. Övladımdır deyib, boş buraxmayın. Bu mənim şəxsi fikrimdir”.

Paylaş:


Müəllif : Baxış :
25632
Tarix:
14-01-2016, 11:31
  






loading...