Aparıcı yenidən evlənir » Qaynar xəbərlərin tək ünvanı

» » » Aparıcı yenidən evlənir

Aparıcı yenidən evlənir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Aparıcı yenidən evlənir

 Aparıcı Vüsalə Əlizadənin keçmiş həyat yoldaşı Azər İsmayılov evlənir.

 

İkinci dəfə ailə qurmağa hazırlaşan Azər İsmayılov Teleqraf.com-a açıqlamasında toyunun sentyabrın 24-də baş tutacağını deyib: "Sevdiyim xanımla evlənirəm. Əsas odur ki, xoşbəxtəm, ailəm olacaq. Xanımın hansı sahədə çalışdığını demək istəmirəm”.

 

Aparıcı "Keçmiş həyat yoldaşınız Vüsalə xanım və qızınız evliliyinizi necə qarşılayır?” sualını tərrəddüdlə cavablandırıb: "O haqda danışmaq istəmirəm. Övladım başımın tacıdır. Hər zaman atası olaraq arxasındayam. Onun heç bir şeyə aidiyyatı yoxdur”. 

 

Aparıcı onu da qeyd edib ki, "Yoxlama” verilişi tezliklə ATV-də tam lisenziyalı formatda yayımlanacaq.

 

Azər İsmayılov aparıcı Vüsalə Əlizadə ilə ailəli olub. Cütlük 2013-cü ildə boşanıb və bir qızları var.


Paylaş:


Müəllif : Baxış :
84832
Tarix:
7-09-2016, 18:20
  






loading...