Oruc tutanların diqqətinə: ağız qoxusunun qarşısını belə alın » Qaynar xəbərlərin tək ünvanı

» » » Oruc tutanların diqqətinə: ağız qoxusunun qarşısını belə alın

Oruc tutanların diqqətinə: ağız qoxusunun qarşısını belə alın


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Artıq 2016-cı ilin Ramazan ayı başlayıb. Orucluqda insanları narahat edən əhəmiyyətli problemlərdən biri də ağız qoxusudur. İlk növbədə onu qeyd edək ki, ağız qoxusunu yalnız diş çürükləri meydana gətirmir. Bunun ən böyük səbəbi diş əti iltihabıdır. Mütəxəssislər bildirir ki, protezler də ağız qoxusu yarada bilər. Aile.lent.az orucluqda ağız qoxusunun qarşısını almaq üçün sizi bir neçə əlverişli üsulla tanış edir.
 
Ağızdan pis iyinin gəlməsinə bronxlar və mədəylə əlaqədar qoxular da səbəb olur. Xüsusilə, daha əvvəl yediyimiz qidalar və mədənin boş olması qoxu ehtimalını artırır. Boğazdakı artıq ətin axıntıları da qoxu yaradan meyarlardan biridir. Xüsusilə imsakda ağıza kifayət qədər yaxşı qulluq edilmədiyi üçün qoxu daha da artır.
 
Lakin bunu özünüzə dərd etməyin. Ağız spreyi orucluykən də rahatlıqla istifadə edilə bilər. Qoxunu aradan qaldıran ağız qarqaralarını isə udmamaq şərti ilə gün ərzində bir neçə dəfə təkrarlaya bilərsiniz. Bununla yanaşı, tüpürcək ifrazatını artıran tədbirlər bu qoxunun qarşısını alır. Ramazandan əvvəl də insanlar dişlərinə yaxşı qulluq etsələr, orucluq vaxtı bu cür problemlərlə qarşılaşmazlar.
 
 
Bunu da mütləq qeyd edək ki, Ramazan ayı dişlərdə çürük meydana gəlməsinə şans yaradır. Xüsusilə iftar və imsakda yeyilən yeməklərdən sonra ağızdakı tarazlıqlar tamamilə pozular, turşu nisbəti artır. Bu səbəbdən bakteriya çoxalması üçün uyğun mühit yaranır. İftardan sonra insanlar yatdığı üçün ağız içi hərarəti artır, buna görə də daha çox bakteriya törəyə bilər. Bu dövrdə dişlərinizə diqqət etməsəniz, diş çürükləri artar.
 
 
İftardan və imsakdan sonra dişlərin daha diqqətlə fırçalanması lazımdır. Bir ay boyu dilaltı və diş əti bölgələrinin yaxşıca təmizlənməsini və ağız antipresperantı istifadə etmək təklif edilir. Ən sadə üsul isə duzlu suyla qarqara etməkdir.
 
 
Yeməkdən sonrakı 30 dəqiqə ərzində bakteriyalar dişdə çürümə yaratmağa başladığı üçün imsakda mütləq dişlər fırçalanmalıdır. Ancaq gün ərzində də dişlərinizi fırçalamağı unutmayın. Orucluykən diş fırçalamaqda əslində heç bir qəbahət yoxdur. Din adamları tərəfindən də dəfələrlə qəbul olunub. Diş fırçalamaq bədəni qidalandıran bir hal olmadığı üçün orucluykən də diş məcununu udmamaq şərti ilə dişlərinizi fırçalaya bilərsiniz. Diş məcunu da, ağız suyu da orucluykən rahatlıqla istifadə edilə bilər. Bununla yanaşı, oruc olarkən duş qəbul edə bilərsiniz.

Paylaş:


Müəllif : Baxış :
128932
Tarix:
10-06-2016, 12:02
  






loading...