Zerkalnı" nörmə satanlara ağır zərbə - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » » Zerkalnı" nörmə satanlara ağır zərbə - VİDEO

Zerkalnı" nörmə satanlara ağır zərbə - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Zerkalnı" nörmə satanlara ağır zərbə - VİDEONazirlər Kabineti mobil nömrələrin satışına nəzarəti gücləndirib.

Artıq istənilən adamın adına olan mobil nömrəni istifadə etmək mümkün olmayacaq. Bu qərar əslində vətəndaşların özlərinə faydalıdır.

3 ay ərzində qüvvəyə minəcək yeni qaydalara görə, abunəçi öz adına olan sim kartı başqa şəxsə istifadə etmək üçün verə bilməz. Bu qəti qadağandır. Həmçinin vətəndaş öz sim kartını və telefon aparatını itiribsə, mütləq polisə xəbər verməlidir. Telefon və ya nömrəni alarkən vətəndaşın imzaladığı müqavilədə bu mütləq qeyd olunmalıdır. Bundan sonra heç kəs müqaviləsiz nömrə və ya telefon ala bilməyəcək. Hətta bu müqaviləyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə olunması məcburidir.

Rəsmi distrubyutor olan dükanlar bu qaydalara indidən əməl etdiklərini deyirlər. Kiçik satış mərkəzlərində isə əksər hallarda nömrələr başqa adlara rəsmiləşdirilir.

Satış meneceri Natiq Novruzovun sözlərinə görə, bu qaydaların sərtləşdirilməsi ilk növbədə vətəndaşların mənafeyi və onların təhlükəsizliyi üçündür: "Çünki vətəndaş öz telefon nömrəsini başqasına verərsə, sonradan nömrəni işlədən şəxsin hansısa cinayət əməlinə görə, sim kartın əsl sahibi də istintaqa cəlb olunur”.

Buna görə, nömrə və telefon itirilərsə dərhal polisə məlumat vermək tələbi, yenə abunəçinin öz xeyrinədir. Digər tərəfdən, bu qaydalar bahalı nömrə alverçilərinin "fəaliyyətini” məhdudlaşdıracaq. Çünki bəzi işbazlar yaxşı səslənən nömrələri alaraq sonradan hətta fantastik qiymətə başqalarına satır. İndi bu, ticarət mümkün olmayacaq.
 


Paylaş:


Müəllif : Baxış :
26132
Tarix:
8-06-2015, 22:57
  


loading...