Küçəyə atılan körpənin ailəsi haqda deyilənlər inanmayacaqsınız... » Qaynar xəbərlərin tək ünvanı

» » » Küçəyə atılan körpənin ailəsi haqda deyilənlər inanmayacaqsınız...

Küçəyə atılan körpənin ailəsi haqda deyilənlər inanmayacaqsınız...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Küçəyə atılan körpənin ailəsi haqda deyilənlər inanmayacaqsınız...Fevral ayının 5-də Sabirabad rayonunda küçəyə atılan yeni doğulmuş körpənin valideynləri tapılıb. Rayonun  hüquq-mühafizə orqanlarından  Anspress-ə verilən məlumata görə, uşağı dünyaya gətirən Aynurə  Hüseynovanın  (ad və soyad şərtidir) körpəni  küçəyə atmasına səbəb  onu evli və 5 uşaq atası olan kişidən dünyaya gətirməsi  olub.
 
Aynurə  Hüseynova  istintaqa ilkin ifadəsində münasibətdə olduğu kişinin evli olmasını hamilə qaldıqdan sonra öyrəndiyini bildirib. Uşağın atası isə qadının hamilə olduğunu öyrəndikdə ona abort etdirməsini təklif edib. O isə bununla razılaşmayıb.
Uşağı Bakıda dünyaya gətirən ana daha sonra rayona gedərək onu münasibətdə olduğu kişinin valideynlərinə təhvil verib. 5 uşağı olan evli kişinin valideynləri isə Sabirabad Rayon Polis İdarəsinə gələrək uşağı tapdıqlarını bildiriblər. 

Polis idarəsindən isə körpə müayinə edildikdən sonra onun Sabirabad Regional Doğum evinə təhvil verildiyi bildirilib. Araşdırma nəticəsində məlum olub ki, həmin uşaq onların  qeyri-qanuni doğulan nəvəsidir.  

Hazırda iş araşdırılması üçün rayon prokurorluğuna göndərilib.

Fevral ayının 5-də rayonun Kovlar kəndindəki "Padarçöl” adlanan sahəsində rayon sakini Nəzarət İsmayılov tərəfindən Sabirabad-Padarçöl avtomobil yolunda hərəkətdə olarkən yolun kənarında sahibsiz çanta aşkarlaması barədə məlumat yayılıb. Bildirilirdi ki, çantaya baxış keçirən N. İsmayılov   4-5 günlük oğlan uşağının olduğunu görüb və körpəni yaşadığı evə aparıb. Evdə körpəni gecə saxlayan kişi səhər onu rayon polis idarəsinə təhvil verib.

Paylaş:


Müəllif : Baxış :
54932
Tarix:
11-03-2016, 13:33
  


loading...