Oğlu əsgərlikdə, ata isə iki il əvvəl ölmüşdü...Xırdalanda baş verən faciəvi hadisədə bir ailə yox oldu - QANDONDURAN TƏFƏRRÜAT » Qaynar xəbərlərin tək ünvanı

» » » Oğlu əsgərlikdə, ata isə iki il əvvəl ölmüşdü...Xırdalanda baş verən faciəvi hadisədə bir ailə yox oldu - QANDONDURAN TƏFƏRRÜAT

Oğlu əsgərlikdə, ata isə iki il əvvəl ölmüşdü...Xırdalanda baş verən faciəvi hadisədə bir ailə yox oldu - QANDONDURAN TƏFƏRRÜAT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Oğlu əsgərlikdə, ata isə iki il əvvəl ölmüşdü...Xırdalanda baş verən faciəvi hadisədə bir ailə yox oldu - QANDONDURAN TƏFƏRRÜAT

 Bu gün Xırdalanda baş verən faciəvi hadisədə həyatını itirən şəxslərdən 4-ü qohum olub.


Yatdıqları yerdə dəm qazının qurbanı olan həmin şəxslər Balakən rayon sakini, 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva və onun qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı, həmçinin, onların qohumları, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızıdır.


Bildirilir ki, Turanə Xanlayeva Xırdalanda kollecdə təhsil alırmış. Onun qohumu Nübar Musayeva isə Balakəndə yaşayırmış. O, ötən gün qızı Aytən Musayevanı Bakıya xəstəxanaya gətiribmiş. Xəstəxanadan qayıtdıqdan sonra isə Xırdalanda qohumunun yaşadığı evdə gecələmək istəyib və o gecə ana-balanın son gecəsi olub.


Əldə etdiyimiz məlumata görə, Xanlayevalar ailəsinin başçısı Vahid Xanlayev də hələ bir neçə il əvvəl dünyasını dəyişib. O da bildirilir ki, ailənin dünyasını dəyişən qızlardan başqa övladı olmayıb. Beləcə, bir ailə bir gecənin içində yox oldu.


Turanə və Lamiyə Xanlayevalar isə dünyasını dəyişən ana-balanın yaxın qohumu olub.


Ölən qızı ilə birlikdə dünyasını dəyişən N.Musayevanın oğlu hazırda hərbi xidmətdədir.


Mənbə: lent.az


Paylaş:


Müəllif : Baxış :
336232
Tarix:
16-03-2017, 07:26
  


loading...

Oxşar Xəbərlər