Obamadan Əliyevə - “Azərbaycana yardım etməyə hazırıq” » Qaynar xəbərlərin tək ünvanı

» » » Obamadan Əliyevə - “Azərbaycana yardım etməyə hazırıq”

Obamadan Əliyevə - “Azərbaycana yardım etməyə hazırıq”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Obamadan Əliyevə - “Azərbaycana yardım etməyə hazırıq”ABŞ Prezidenti Barak Obama Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və xalqımızı təbrik edib.

"Qafqazinfo" xəbər verir ki, təbrikdə qeyd edilir ki, Birləşmiş Ştatların Prezidenti, həmçinin qarşıdan gələn əlamətdar hadisə - Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb.

Təbrik məktubunda deyilir ki, Azərbaycan son 25 ildə, xüsusilə, Avropanın enerji şaxələndirilməsini və təhlükəsizliyini dəstəkləyən enerji lideri kimi böyük uğur qazanıb.

"Biz terrorçuluğa qarşı mübarizə səyləri də daxil olmaqla, Azərbaycanın təhlükəsizlik üzrə əməkdaşlığını yüksək qiymətləndirir və Azərbaycan ilə birlikdə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında xidmət etməkdən şərəf duyuruq. Azərbaycan bütün vətəndaşları üçün təhlükəsizlik, firavanlıq və ifadə azadlığını daha da möhkəmləndirdikcə biz ona yardım etməyə hazırıq. Biz, həmçinin ölkənizin və qonşularının əmin-amanlıq və sabitlik şəraitində yaşamaları üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan ilə işləməyə davam edəcəyik”, - deyə təbrik məktubunda qeyd edilir.

Prezident Barak Obama vurğulayır ki, Azərbaycanın və Birləşmiş Ştatların xalqları sıx əlaqələrə malikdir. Biz mədəni, siyasi və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsini arzu edirik.

Paylaş:


Müəllif : Baxış :
27932
Tarix:
27-05-2016, 20:20
  


loading...