Prezident Niderlandın iqtisadi işlər nazirini qəbul edib » Qaynar xəbərlərin tək ünvanı

» » » Prezident Niderlandın iqtisadi işlər nazirini qəbul edib

Prezident Niderlandın iqtisadi işlər nazirini qəbul edib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Prezident İlham Əliyev Niderland Krallığının iqtisadi işlər naziri Henk Kampın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
 
Aymobi.com-un AzərTAc-a istinadən məlumatına görə, Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp Azərbaycanda və paytaxtda aparılan quruculuq işlərinin, tarixi memarlıq nümunələri ilə vəhdət təşkil edən müasir binaların onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd edib.  H. Kamp ölkələr arasındakı əlaqələrin səviyyəsinin razılıq doğurduğunu bildirib və Azərbaycanda Niderland şirkətləri üçün yaradılan şəraiti yüksək qiymətləndirib. 
 
Dövlət başçısı isə Azərbaycan ilə Niderland arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini, Azərbaycanda xarici şirkətlərin, o cümlədən Niderland şirkətlərinin səmərəli fəaliyyət göstərməsi üçün bütün şəraitin yaradıldığını bildirib.  Prezident İlham Əliyev Füzuli küçəsindəki tarixi binanın yerinin Niderland şirkəti tərəfindən dəyişdirildiyini də qeyd edib. 
 
Görüşdə həmçinin kənd təsərrüfatı, ekologiya, alternativ enerji sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:


Müəllif : Baxış :
36432
Tarix:
11-05-2016, 21:19
  


loading...

Oxşar Xəbərlər