Prezident İlham Əliyev: “Bu, süni şəkildə ortaya atılmış bir təxribat idi” » Qaynar xəbərlərin tək ünvanı

» » » Prezident İlham Əliyev: “Bu, süni şəkildə ortaya atılmış bir təxribat idi”

Prezident İlham Əliyev: “Bu, süni şəkildə ortaya atılmış bir təxribat idi”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Prezident İlham Əliyev: “Bu, süni şəkildə ortaya atılmış bir təxribat idi”"Əsassız olaraq Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrdən kənarlaşdırıldı. Bu tək ona deyil, eyni zamanda Azərbaycana qarşı böyük ədalətsizlik və təxribat idi”.
 
Bunu bu gün  Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
 
Dövlət başçısı deyib ki, Heydər Əliyevin istefasından iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayrılıb Ermənistana birləşməsi haqqında məsələ qaldırdılar: "Yəni Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar çirkin niyyətlərini ifadə etsinlər. Ancaq Heydər Əliyev siyasi səhnədən gedəndən sonra bu məsələ qalxdı və ondan dərhal sonra Dağlıq Qarabağda xoşagəlməz proseslər başladı. Ermənistanın təhriki ilə Dağlıq Qarabağda separatçı meyllər gücləndi və əfsuslar olsun ki, o vaxtı sovet rəhbərliyi cinayət törədərək o xoşagəlməz meyllərin qarşısını almadı. Nəinki ala bilmədi, almadı, almaq istəmədi. SSRİ-nin dağılması prosesi də o vaxtdan başlamışdı. Mən yaxşı xatırlayıram ki, Heydər Əliyev bu vəziyyətlə bağlı çox məyus olmuşdu, onun qurub-yaratdığı vəziyyət dağılırdı. Heydər Əliyev rəhbər vəzifələrdə işləyəndə mütəmadi Dağlıq Qarabağa, Xankəndinə, Şuşaya səfərlər etmişdi. Mən də o səfərlərin canlı şahidi, iştirakçısıyam. Heç bir faktor onu göstərmirdi ki, orada separatçı meyllər güclənə bilsin. Bu, süni şəkildə ortaya atılmış bir təxribat idi və təəssüflər olsun ki, bu günə qədər Azərbaycan bu təxribatın acı nəticələrini yaşayır”.
 
Apa\\

Paylaş:


Müəllif : Baxış :
47232
Tarix:
9-05-2016, 22:33
  


loading...

Oxşar Xəbərlər