İlham Əliyev sərəncam verdi » Qaynar xəbərlərin tək ünvanı

» » » İlham Əliyev sərəncam verdi

İlham Əliyev sərəncam verdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Prezident İlham Əliyev Azərbaycanda müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"1. Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı Azərbaycan Respublikası Veteranlar Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Veteranlar Təşkilatına 500 000 (beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
 "Qafqazinfo” \\


Paylaş:


Müəllif : Baxış :
126632
Tarix:
9-05-2016, 15:46
  


loading...