Prezidentə kütləvi müraciət - “Müharibəyə getmək istəyirik” » Qaynar xəbərlərin tək ünvanı

» » » Prezidentə kütləvi müraciət - “Müharibəyə getmək istəyirik”

Prezidentə kütləvi müraciət - “Müharibəyə getmək istəyirik”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Prezidentə kütləvi müraciət - “Müharibəyə getmək istəyirik”Azərbaycan, Türkiyə və Belarus vətəndaşları prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

"Aymobi.com”un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Qarabağda döyüşlər başlayan gündən prezidentin saytına məktub yazan yüzlərlə şəxs müharibəyə getmək istədiyini və bunun üçün Ali Baş Komandandan əmr gözlədiyini bildirib. Müraciətdə sözügedən şəxslər ölkə başçısının ətrafında sıx birləşərək torpaqlarımızı azad etməyə hazır olduqlarını bildiriblər. Bu məqsədlə də onlar ön cəbhədə düşmənə qarşı döyüşlərdə iştirak etmək üçün ali baş komandandan əmr gözlədiklərini bəyan ediblər.

Müraciət edənlərdən bəzilərinin siyahısını təqdim edirik:

Aytan Günay Səfəralı oğlu- Türkiyə, İstanbul
Babayev Seymur Şəmşir oğlu- Belarus, Jlobin 
Bütün Fuat Qərib oğlu- Türkiyə, Malatya
Yıldırım Ferdi İlyas oğlu- Türkiyə , İstanbul 
Coşan Mehmetəli Mustafa oğlu- Türkiyə, Ankara
Qasımov Kamandar İdris oğlu-Azərbaycan, Bakı
Əmrahlı Nəbi Rəsul oğlu.- Azərbaycan , Sumqayıt 
Mürsəlov Rəşad Nizami oğlu- Azərbaycan , Sumqayıt 
Aydın Faruk İbrahim oğlu – Türkiyə, Konya və başqaları...

Türkiyənin Malatya bölgəsindən olan Bütün Fuat Qərib oğlu yazır:

Çox hörmətli Prezident İlham Əliyev!

İşğalçı Ermənistan ordusuna qarşı döyüşlərdə şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Bizim canımızla, qanımızla daim azərbaycanlı qardaşlarımızın yanındayıq. Biz "Bir millət, iki dövlət” olaraq daim sizinləyik. Qadir Allah gücünüzə Sizi qorusun, düşmən üzərində qələbədə Sizə güc və inam bəxş etsin.
 

Prezidentə kütləvi müraciət - “Müharibəyə getmək istəyirik”

 


Paylaş:


Müəllif : Baxış :
42632
Tarix:
4-04-2016, 14:39
  


loading...