Gürcüstan prezidenti: “Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik” » Qaynar xəbərlərin tək ünvanı

» » » Gürcüstan prezidenti: “Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik”

Gürcüstan prezidenti: “Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Gürcüstan prezidenti: “Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik”"Çox şadam ki, bu cür önəmli Forumda iştirak edirəm. Dost Azərbaycana, Bakıya gəlmək həmişə xoşdur. Azərbaycanda əməkdaşlıq və dostluq üçün geniş imkanlar var”.
 
APA-nın məlumatına görə, bunu bu gün IV Qlobal Bakı Forumun açılışında çıxışında Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib.
 
G. Marqvelaşvili bildirib ki, Gürcüstan müxtəlif işğalçı addımlardan əziyyət çəkib, indi də çəkir: "Rusiya ərzimizin 20 faizini işğal edib, əhalimizin 15 faizi gürcü olduqları üçün öz ölkələrində köçkünə çevrilib. Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik. Ötən il belə dramatik vəziyyəti dost Ukraynada gördük, Krım işğal olundu, ölkənin şərqində müharibə başladı. Qonşu ölkələr körpülərin yaradılmasına, tərəfdaşlığın formalaşdırılmasına çalışmalı, işğala yol verməməlidir. İşğaldan əziyyət çəkən ölkənin nümayəndəsi kimi qeyd etmək istəyirəm ki, Gürcüstan qlobal terrorizmə qarşı mübarizədə aktiv yer alır, Əfqanıstanda sülhyaratma missiyasında iştırak edir”.
 
Prezident qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan birlikdə böyük enerji və nəqliyyat layihələri həyata keçirir: "Bu təhlükəsizlik layihələri daha çox dostların qazanılmasına gətirib çıxaracaq. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu daha çox dost əldə etməyə səbəb olacaq. Gürcüstan dünya okeanına çıxışı olmayan 14 ölkəyə bu imkandan bəhrələnmək imkanı yaradır. Biz eyni layihələri Çindən, ABŞ-dan olan dostlarımızla həyata keçirməyə çalışırıq. Bizim mili maraqlarımıza təcavüz etmək olmaz. Düşünürəm ki, bu Forumda yeni imkanların tapılması üçün mühüm fikirlər səslənəcək”.
 
Gürcüstan prezidenti onu da qeyd edib ki, Cənubi Qafqaz Şərqlə Avropanın əməkdaşlığı üçün mühüm körpü rolu oynayır.

Paylaş:


Müəllif : Baxış :
18432
Tarix:
10-03-2016, 11:34
  






loading...