Azərbaycan diasporuna ağır itki üz verib » Qaynar xəbərlərin tək ünvanı

» » » Azərbaycan diasporuna ağır itki üz verib

Azərbaycan diasporuna ağır itki üz verib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bakı-APA. Niderlandda Azərbaycan diasporunun tanınmış nümayəndəsi vəfat edib.



Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, 20 ildən çoxdur Niderland Krallığında yaşayan Azərbaycan diasporunun fəal nümayəndəsi, yazıçı Gülşən Lətif qızı Kazımova-Atəş vəfat edib.



Ağır xəstəlikdən əziyyət çəkən G. Kazımova-Atəş bu gecə Haaqa şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.



Yanvarın 12-də mərhumla vida mərasimi təşkil olunacaq, daha sonra onun nəşi Azərbaycana gətirilərək dəfn ediləcək.



Qeyd edək ki, 1961-ci il noyabrın 8-də Bakıda anadan olan Gülşən Kazımova-Atəş Azərbaycan Yazıcılar Birliyinin və Niderland Yazıcılar İttifaqının üzvü olub. O, Avropada azərbaycanlı qadınların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların hüquq və azadlıqlarının qorunmasına yardım göstərmək məqsədilə 2004-cü ildə "Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyini yaradıb.



Azərbaycan Prezidentinin sərəncamı ilə 2011-ci il iyulun 4-də mədəniyyət sahəsindəki nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, "əməkdar mədəniyyət işcisi” fəxri adına layiq görülüb. 2014-cü ildə Haaqada yazıçının yaradıcılıq gecəsi keçirilib.
Paylaş:


Müəllif : Baxış :
50232
Tarix:
11-01-2015, 23:38
  


loading...