Bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi üçün ayrılmış müddət başa çatır » Qaynar xəbərlərin tək ünvanı

» » » Bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi üçün ayrılmış müddət başa çatır

Bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi üçün ayrılmış müddət başa çatır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) ayrılmış vaxt başa çatır.



APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən MSK bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi prosesini səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində başa çatdırmalıdır.



Son bələdiyyə seçkiləri ilə bağlı bu müddət bu gün – yanvarın 11-də başa çatır. MSK bələdiyyə seçkilərinin yekunlarını isə yanvarın 17-dək elan etməlidir. Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən bu proses seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində başa çatdırılmalıdır.
Paylaş:


Müəllif : Baxış :
35232
Tarix:
11-01-2015, 13:32
  


loading...