Azərbaycan prezidenti İlham Əliyev Ərdoğana başsağlığı verib » Qaynar xəbərlərin tək ünvanı

» » » Azərbaycan prezidenti İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Ərdoğana başsağlığı verib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İstanbulda törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

"Hörmətli cənab prezident, əziz qardaşım, İstanbulun Sultanəhməd meydanında törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq. Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə və hamılıqla mübarizə aparılmasını zəruri hesab edirik.

 

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.


Paylaş:


Müəllif : Baxış :
23432
Tarix:
12-01-2016, 13:59
  


loading...