“2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır” - Oqtay Əsədov » Qaynar xəbərlərin tək ünvanı

» » » “2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır” - Oqtay Əsədov

“2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır” - Oqtay Əsədov


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır” - Oqtay Əsədov

 "Dünyanın əksər ölkələrinin iqtisadiyyatında mənfi tendensiyalar, makroiqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da təsir edib”. 

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında sədr Oqtay Əsədov deyib. O bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi Azərbaycanın valyuta gəlirlərinin azalmasına səbəb olub: "Buna görə də Azərbaycan Mərkəzi Bankının monetar siyasətində müvafiq dəyişiklik edilməsi zərurəti yaranıb. Azərbaycan prezidentinin düşünülmüş və uğurlu siyasəti nəticəsində mövcud problemlərə baxmayaraq, ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. 2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların artırılması nəzərdə tutulur. Dövlət Neft Fondundan transfertlər 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertlərin azaldılması yaxın illərdə də davam edəcək”.


Paylaş:


Müəllif : Baxış :
26332
Tarix:
6-12-2016, 13:26
  


loading...

Oxşar Xəbərlər