Sabah Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək » Qaynar xəbərlərin tək ünvanı

» » » Sabah Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Sabah Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sabah Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

 Sabah Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana səfər edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib. 


Məlumata görə, baş nazir rəsmi səfər çərçivəsində Azərbaycan prezidenti  İlham Əliyevlə görüşəcək. Görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti Gürcüstan nümayəndə heyəti ilə birgə rəsmi nahara qatılacaq.

 

Sonra Gürcüstanın baş naziri azərbaycanlı həmkarı Artur Rasizadə ilə təkbətək və geniş tərkibdə danışıqlar aparacaq.

 

Gürcüstan hökumətinin başçısı rəsmi səfər çərçivəsində Heydər Əliyevin abidəsi və əbədi alov məzarı önünə əklil qoyacaq.

 

Baş nazirin başçılıq etdiyi Gürcüstan hökumətinin nümayəndə heyətinin tərkibinə baş nazirin müavini, energetika naziri Kaxa Kaladze və xarici işlər nazirinin müavini Qiqi Qiqladze  daxildir.


Paylaş:


Müəllif : Baxış :
28532
Tarix:
31-08-2016, 01:17
  






loading...

Oxşar Xəbərlər