Gizli irəliləyən göz xəstəliyi: kor ola bilərsiniz » Qaynar xəbərlərin tək ünvanı

» » » Gizli irəliləyən göz xəstəliyi: kor ola bilərsiniz

Gizli irəliləyən göz xəstəliyi: kor ola bilərsiniz


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Gizli irəliləyən göz xəstəliyi: kor ola bilərsinizBütün dünyada yaşanan korluq probleminin ən mühüm səbəblərindən biri qlaukomadır (göz təzyiqi). Milyonlarla insana təsir edən geniş yayılmış qlaukoma gizli göz siniri xəstəliyidir. Müalicəsinin tam olaraq mümkün olmadığı deyilir. Ancaq müalicə olunub qarşısı alınmazsa, qalıcı korluğa səbəb ola bilər. Buna görə də erkən diaqnoz bu xəstəliyin müalicəsində mühüm sayılır.

Qlaukoma özünü bəlli etmir

Məlumdur ki, gözün tərkibindəki maye göz kanalları vasitəsilə gözdən xaric edilir. Bu kanallarda tıxanma yarananda isə maye yetərincə bayıra axa bilmir və nəticədə göz təzyiqi artaraq qlaukomaya səbəb olur. Artan göz daxili təzyiq isə görmə sinir hüceyrələrini öldürərək, qalıcı görmə itkisinə yol açır və erkən müəyyən edilməməsi bu baxımdan təhlükəlidir.

Əlamətləri varmı?

Qlaukomanın olma ehtimalından şübhələnmək üçün yaşanan şiddətli göz ağrısı, görmə qabiliyyətinin azalması, gözdə qızartı və bulantı, qusma əlamətlərinə diqqət edin.

Uşaqlarda da qlaukoma olur. Doğuşdan görülən qlaukoma "konjenital glokom" adlanır.

Tək və ya iki gözü birdən tuta bilir. Odur ki, gözündə sulanma, böyümə, işıqdan narahatlıq fərq edilən uşaqlarda bu xəstəliyin olmasından şübhələnmək lazımdır. Bu körpələr sıxlıqla gözlərini ovuşdururlar.

Qlaukoma riskini artıran amillər

45 yaşdan yuxarı olanlar, ailəsində qlaukoma olanlar, siqaret çəkənlər, şəkər xəstələri, yüksək qan təzyiqi, yüksək nömrə eynək taxanlar, uzun müddətli kortizol dərman istifadə edənlər, gözdən zədə alanlar, miqreni olanlar, korneası incə olanlar, qalstukunu çox sıx bağlayanlar risk altındadırlar.

Qeyd edək ki, siqaret çəkənlər də bu risk qrupuna daxildir. Çünki siqaret həm göz təzyiqini artırır, həm də gözə gələn qan miqdarını aşağı salaraq, göz sinirinin daha tez təsirlənməsinə səbəb olur.

Qlaukoma əsasən 40-89 yaş arası insanlarda rast gəlinir və illərlə özünü büruzə vermədən gizli irəliləyə bilər.

Erkən diaqnoz üçün ildə ən az bir dəfə göz müayinəsi vacibdir

Qlaukoma olan göz müalicə olunsa belə, əvvəlki sağlamlığına qayıda bilməz, çünki zədələnmiş sinir hüceyrələrini bərpa etmək mümkün deyil. Qlaukoma yalnız göz müayinələri zamanı aşkarlana bilər. Ona görə də ən azı ildə bir dəfə göz müayinəsinə getmək məsləhətdir.

Qlaukoma müalicəsində ən vacib amil səbr etməkdir. İlk iş olaraq zədələnməyən sinir hüceyrələrini qorumaq lazımdır. Bir dəfə zədələnmiş sinir hüceyrələrini yenidən geri qaytarmaq mümkün olmadığı üçün erkən diaqnoz mütləqdir. Xəstəliyin müalicəsi ömür boyu davam edə bilər. Göz təzyiqini aşağı salmaq üçün istifadə edilən üsul dərman və göz damcılarıdır. (milli.az)

Paylaş:


Müəllif : Baxış :
62232
Tarix:
24-05-2016, 00:29
  






loading...