Soğan, sarımsaq və suyun möcüzəsi » Qaynar xəbərlərin tək ünvanı

» » » Soğan, sarımsaq və suyun möcüzəsi

Soğan, sarımsaq və suyun möcüzəsi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Gün ərzində yorğunluqdan sonra ayaqlardakı ağrılardan əziyyət çəkirsinizsə, evdə tətbiq edəcəyiniz adi üsulla bu ağrılardan xilas ola bilərsiniz.

Qadinklubu.com bir gecədə ağrılardan, yorğunluqdan xilas ola biləcəyiniz ayaq detoxsunu təqdim edir.

Bədənimizdə olan zəhərli mayelər limfa və qan dövranı sistemi ilə  gün içərisində təmizlənərək zərərsiz hala gətirilir. Lakin oturaraq işləyən insanlar kimi hərəkətsiz həyat tərzi keçirənlərin ayaq pəncəsində və ayaq biləklərində maye yığılır. Bu detoksla həmin ağrılardan xilas olacaqsınız.

 
 Lazım olanlar:

1 soğan
3 diş sarımsaq
2 stəkan su
Yapışqanlı tənzif
Corablar

Evdə Detox bezinin hazırlanması:

Orta boy soğanı və 2-3 diş sarımsağı incə-incə kəsərək, yaxşıca doğrayın.  Suyu qaynadın. Su ilıq olduqda doğradığınız soğanla sarımsağı əlavə edərək 10 dəqiqə müddətində qaynadın. 20 dəqiqə qarışımın soyumasını gözləyin. İlıq olduqda yapışqanlı tənzifin mərkəzi hissəsinə bir qədər qarışımdan əlavə edin.  Yapışqanlı tənzifin çox da sulu olmamasına diqqət edin. Tənzifin mərkəz hissəsini ayağın pəncəsinə qoyaraq yapışdırın. Daha sonra corablarınızı geyinərək yatın. Çünki, ayaq detoksu edərkən, hərəkətsiz qalmaq lazımdır. Səhər oyandığınızda bandı ayağınızdan açdığınızda çox təəccüblənəcəksiniz.

Yapışqanlı bandın rəngi qəhvəyi və  ya qara rəng alacaqdır. Çünki qan dövranın və limfa sisteminin fəaliyyətindən asılı olaraq toksinlər orqanizmdən atılır. Bandın rənginin açıq olması qan dövranın yaxşı fəaliyyət göstərir deməkdir.

Paylaş:


Müəllif : Baxış :
45432
Tarix:
30-04-2016, 23:11
  






loading...