Cücərmiş kartofu tullamayın » Qaynar xəbərlərin tək ünvanı

» » » Cücərmiş kartofu tullamayın

Cücərmiş kartofu tullamayın


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Yazda kartof cücərir, yaşıllaşır. Belə kartofu tullamağa tələsməyin. Bu kartofdan çox effektli təbii müalicəvi vasitələr hazırlamaq olar.
Cücərmiş kartofun tərkibində çoxlu miqdarda "salonin" adlı alkaloid toplanır. Salonin zəhərli maddədir, bu səbəbdən cücərmiş və xüsusilə də yaşıl kartofu yemək olmaz. Lakin salonin güclü iltihabəleyhinə və ağrısızlaşdıran təsirlərə malikdir. Bu səbəbdən cücərmiş və yaşıl kartof xalq təbabətində müalicəvi vasitə kimi geniş istifadə olunur.

Reseptlər

1. 1 ovuc kartof cücərtilərinin üzərinə 1 stəkan araq tökün və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlayın. Alınmış tinktura müxtəlif ağrılar (bel, əzələ, oynaqlar və s.) zamanı çox yaxşı müalicəvi təsir edir.

Tinkturanı ağrıyan yerə çəkin və yun şal və ya şərflə bağlayın. Bu proseduranı axşam yatmazdan əvvəl etmək daha yaxşıdır.

2. Yaşıl kartofu yaxşı yuyun (qabıqlarını soymaq lazım deyil), sürtgəcdən keçirin, qazana qoyun, üzərinə çıxana qədər qaynar su tökün və bir qədər qızdırın (qaynatmaq olmaz). Alınmış kütləni qalın pambıq parçaya qoyun və kompres şəklində ağrıyan yerə qoyub digər parça ilə bərkidin və yun şərflə sarıyın.(saglamolun.az)

Paylaş:


Müəllif : Baxış :
41132
Tarix:
30-04-2016, 22:51
  






loading...