Səbəbsiz qəhqəhə dəhşətli xəstəliyin əlaməti ola bilər » Qaynar xəbərlərin tək ünvanı

» » » Səbəbsiz qəhqəhə dəhşətli xəstəliyin əlaməti ola bilər

Səbəbsiz qəhqəhə dəhşətli xəstəliyin əlaməti ola bilər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Səbəbsiz qəhqəhə dəhşətli xəstəliyin əlaməti ola bilərİnsan bədəni çox çeşidli, müxtəlif funksiyalı hüceyrələrdən təşkil olunub. Bu hüceyrələrin çox böyük bir hissəsi həyatımız boyu böyüyür və ölür. Ölən hüceyrələrin yerinə digər hüceyrələrin bölünməsi ilə yeniləri gəlir. Bu şəkildə orqanizm sağlam qalır və öz funksiyalarını normal şəkildə yerinə yetirir. Lakin xəstəliklər və ya bədəndə olan bir çox xarici təsirlər nəticəsində hüceyrələrin funksional fəaliyyəti pozulur və onlar böyümə kontrolunu itirərək sürətli şəkildə bölünməyə başlayırlar. Bu cür dəyişikliyə məruz qalan hüceyrələrə şişlər deyilir. Şişlər xoşxassəli və bədxassəli olmaqla 2 qrupa ayrılır.

Aymobi.com Publika.az-a istinadən xəbər verir ki,  türkiyəli onkoloq Cüneyd Köçmür beyin şişinin az məlum olan əlamətlərinə toxunub. Onun sözlərinə görə, durduğu yerdə qəhqəhə çəkmək ciddi xəstəlik əlaməti ola bilər.
 
Qəfil qəhqəhə
 
Beyin şişləri heç də hər zaman baş ağrıları ilə müşahidə olunmur. Bu şişlər hərdən az məlum olan əlamətlərlə özünü göstərə bilər. Məsələn, səbəbsiz yerə, durduğu yerdə gülmək beyin şişinin ilkin əlamətləri ola bilər. Beyin şişlərinin digər əlamətləri isə depressiya, hallyusinasiya, gözlərin zəifləməsi, halsızlıqdır. Huşunu itirmək və  ya yeriyərkən büdrəmə da beyin şişin əlamətləri ola bilər.
 
Şiş növünün müəyyən edilməsi çox əhəmiyyətlidir
 
Əlamətlər şişin beynin hansı hissəsində olmasından çox asılıdır. Şişlər əl və ayağın beyində hərəkətini təmin edən hissədədirsə, əl və ayaqlar uyuşur və hərəkət qabiliyyəti getdikcə zəifləyir. Başın arxa tərəfindəki şişlər isə gözlərin zəifləməsinə səbəb olur. Şişin xoşxassəli və bədxassəli olub-olmadığı analizlərin nəticələrinə görə müəyyən olunur.
 
Cərrahi metodlar
 
Beyin şişlərinin müalicəsində ilkin variant hər zaman cərrahı üsuldur. Cərrahiyyənin necə aparılması şişin beynin hansı hissəsində yerləşməsinə  görə müəyyən olunur.  Müasir texnoloji avadanlıqlar sayəsində artıq əməliyyatlar mikro və ya endoskopik cərrahi üsulla həyata keçirilir. Əməliyyat ilə şişin hamısı çıxarılır və onun təsirləri yox edilir. Bu, cərrahi metodlar sayəsində xəstələr tezliklə sağalıb normal həyatlarına qayıdır.

Paylaş:


Müəllif : Baxış :
36832
Tarix:
23-04-2016, 20:22
  






loading...