Qollardakı yağlardan xilas ola bilərsiniz... » Qaynar xəbərlərin tək ünvanı

» » » Qollardakı yağlardan xilas ola bilərsiniz...

Qollardakı yağlardan xilas ola bilərsiniz...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Qollardakı yağlardan xilas ola bilərsiniz...Yaşla əlaqədar olaraq bəzi qadın və kişilər qollarda yağ toplanması problemi ilə üzləşir. Bu problem adətən 30 yaşdan sonra yaranır. Qollarda həddindən artıq piy toplanmasının əsas səbəbi kifayət qədər aktiv olmayan həyat tərzidir. Hərəkətsizlik səbəbindən əzələ kütləsinin həcmi azalır və nəticədə piylənmə baş verir. Üstəlik, dərinin elastikliyinin azalması vəziyyəti bir qədər də qəlizləşdirir. 

Yaxşı ki, qollardakı piyləri effektli idman proqramı vasitəsi ilə aradan qaldırmaq mümkündür. Milli.Az publika.az-a istinadən bu yazıda qollarda toplanmış piylərdən xilas yollarını izah edir.
 
Yağları necə əritməli?
 
Qidalanma
 
Əgər bədəndəki qüsurları aradan qaldırmaq istəyirsinizsə, onda hər şeydən əvvəl qida rasionunu dəyişin. Banal səslənsə də ən vacib şərt budur. Birincisi, şəkər, spirtli, şirin və qazlı içkilərdən imtina etmək lazımdır. Qida rasionuna təzə tərəvəz və göyərti daxil edin, balıq, toyuq, yumurta və pendir kimi zülallı qidalara üstünlük verin. Hər gün 2 litrə yaxın su için. Bütün bunlar sizə artıq çəki ilə mübarizədə müsbət təsir göstərəcək!
 
Dəriyə qulluq
 
Kontrast (isti və soyuq) duş, masaj və pəhriz qolların elastikliyini qaytarmağa kömək edəcək. Kontrast duş qan dövranını stimullaşdırır, bunun hesabına dəri oksigenlə, lazımi və faydalı maddələrlə təmin olunur.
Masaj da dəri sallanmalarını aradan qaldıracaq. Bunun üçün problemli yerləri hər gün 15-20 dəqiqə masaj edin, qolları maksimum dərəcədə tərpətməyə çalışın. Effekti gücləndirmək üçün xüsusi masaj yağlarından istifadə edin.
 
Qol üçün hərəkətlər
 
Yumşaq əzələləri yaxşılaşdırmaq üçün bədənin bu hissələrinin möhkəmləndirilməsinə yönəlmiş fiziki təmrinləri yerinə yetirmək lazımdır. Aşağıdakı videoda qolları nazikləşdirməyin ən effektiv üsulları izah olunur. Yeri gəlmişkən, qantellər əvəzinə su dolu plastik butulkalardan istifadə etmək olar!

Paylaş:


Müəllif : Baxış :
33532
Tarix:
18-04-2016, 13:00
  






loading...