Saçlarını uzatmaq istəyənlər oxusun! » Qaynar xəbərlərin tək ünvanı

» » » Saçlarını uzatmaq istəyənlər oxusun!

Saçlarını uzatmaq istəyənlər oxusun!


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Saçlarını uzatmaq istəyənlər oxusun!Saçlarınız qısadır? Uzanması üçün hər üsulu sınaqdan keçirmisiniz, ancaq heç bir nəticə əldə olunmayıbsa, Publika.az-ın gözəllik bölməsinin hazırladığı məsləhətlərə əməl edin.
 
Saç dərisini təmiz saxlayın
 
Saçların sürətli uzanması üçün ilk növbədə saç dərisi təmiz və sağlam olmalıdır. Bakteriya və yağ əmələ gəlməsini əngəlləmək üçün saç dərisini təmiz saxlayın, saçlarınızı həftədə 2 ya 3 dəfə yuyun.
 
Onlara ehtiyacı olduğu qulluğu göstərin
 
Saçları uzatmağın ən effektiv vasitələrindən biri də masajdır. Masaj başın qan dövranını sürətləndirir, nəticədə saç kökləri daha möhkəm olur. Həftədə bir dəfə badam, zeytun və ya hind yağı ilə saç diblərini masaj edin.
 
Zülal, E və C vitamini
 
Saç köklərinin əsasını zülallar təşkil edir. Zülal, həmçinin E və C vitamini ilə zəngin qidalar yemək saçların sürətlə uzanmasını təmin edir. Odur ki, şirniyyatları balıq, meyvə və tərəvəz kimi faydalı qidalarla əvəz edin. İstifadə etdiyiniz şampun, maskaların da tərkibində zülal, E və C vitamini olmasına diqqət edin.
 
Bol su için
 
Saçların sürətli uzanması üçün gündə 1,5-2 litr su için. Beləliklə, həm saçlar tez uzanacaq, həm də onlar daha sağlam və parlaq görünəcək.
 
İsti su
 
İsti su baş dərisində olan bütün yağı yuyub aparır, dolayısı ilə saç kökləri qidalanmır və uzanma prosesi dayanır. Uzun saçlar həsrətindəsinizsə, ilıq sudan istifadə edin.

Paylaş:


Müəllif : Baxış :
39532
Tarix:
14-04-2016, 20:59
  






loading...