Ayaq ağrılarından xilas edən möcüzəli yağ » Qaynar xəbərlərin tək ünvanı

» » » Ayaq ağrılarından xilas edən möcüzəli yağ

Ayaq ağrılarından xilas edən möcüzəli yağ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Ayaq ağrılarından xilas edən möcüzəli yağAyaqlarda, əzələ və oynaqlarda ağrılar, saç tökülməsi və dırnaq qırılması, eləcə də, əsəbilik, zəiflik - bütün bunlar maqnezium çatışmazlığının əlamətləridir. Bu mineralın çatışmazlığı zamanı qəbul etdiyiniz qida miqdarına nəzarət etmək, yaxud tərkibində bu mikroelement olan xüsusi preparatlar qəbul etmək tövsiyə olunur.
 
Maqneziumu zahirə də tətbiq etmək mümkündür. Məsələn, aptek və internet-mağazalarda satılan maqnezium yağı böyük populyarlığa malikdir. Yeri gəlmişkən, bu vasitəni ev şəraitində belə hazırlamaq olar.
 
Təbii maqnezium yağını hazırlamaq üçün sizə xlorid maqnezium lazım olacaq. Bu maqnezium mənbəyi təbii və təhlükəsizdir.
 
İnqrediyentlər:
Yarım stəkan filtrdən keçirilmiş su
Yarım stəkan xlorid maqnezium (kristallar və yaxud lopası)
Qazan (paslanmayan materialdan düzəldilmiş şirəli qazan)
Spreyli butulka
 
Hazırlanması:
Maqnezium kristallarını qaynayan suya əlavə edin. Odu söndürüb maqnezium  tam  həll olunana qədər qarışdırın və soyumasını gözləyin. Sonda, yağı butulkaya töküb istifadə etmək olar.
 
Başlanğıc üçün yatmazdan əvvəl dabanları maqnezium yağıyla masaj etmək, daha sonra isə corab geyinməyi məsləhət görürlər. Yağın təsiri nəticəsində, dabanlarda sancma hiss edə bilərsiniz. Orqanizmdə maqneziumun əskikliyi nə qədərdirsə, yanma hissi bir qədər çox olacaq. Çoxları maqnezium yağını gecə istifadə etməyi xoşlayır, çünki belə bir prosedura dəriyə yaxşı hopur və  yuxuya getməyə kömək edir.

Paylaş:


Müəllif : Baxış :
49832
Tarix:
29-02-2016, 11:12
  


loading...