Dözülməz ağrılardan 60 saniyə ərzində xilas edən üsul » Qaynar xəbərlərin tək ünvanı

» » » Dözülməz ağrılardan 60 saniyə ərzində xilas edən üsul

Dözülməz ağrılardan 60 saniyə ərzində xilas edən üsul


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Dözülməz ağrılardan 60 saniyə ərzində xilas edən üsulSəhhətimiz pisləşən kimi dərman almaq üçün dərhal aptekə  qaçırıq. Amma alınmış dərmanlar yalnız xəstəliyin əlamətlərini aradan qaldırır,  bütün problemləri həll etmir. Bəs onda niyə orqanizmi dərmanlara öyrəşdirək ki?
 
Publika.az-ın bu yazısında ağrıları müvəqqəti aradan qaldıran alternativ üsullardan bəhs etmişik.
 
Məsələ ondadır ki, hər barmaq  bir, hətta bir neçə daxili orqanla bağlıdır. Ona görə də, xəstələnəndə ağrıdan xilas olmaq üçün möcüzə yaradan həb axtarmağa dəyməz. Sadəcə, barmağı bir dəqiqə masaj etməklə bu və ya digər ürək ağrısını aradan qaldırın. Əgər bu texnikaya ürəkdən inansanız, onda o, sizi mütləq xilas edəcək. Bundan başqa, Şərqdə hesab edirlər ki, belə texnika qəlbin və bədənin harmoniyasına xidmət edir.
 
Barmaqları masaj etməyin faydaları
 
Baş barmaq
Baş barmaq ürəyə cavabdehdir. Əgər təngnəfəslik və ürək döyünməsi səngimirsə, bu halda baş barmağı masaj edin. Belə texnika stresli hallarda sakitləşməyə kömək edir.
 
Şəhadət barmağı
Mədə-bağırsaqla birbaşa bağlılığı olan bu barmağı masaj edərək mədə pozğunluğunun və qarında yaranmış sancıların qarşısını ala bilərsiniz.
 
Orta barmaq
Ürəkbulanma və baş ağrılarını aradan qaldırmaq üçün orta barmağı bir az masaj etmək məsləhət görülür. Bu metod yuxusuzluğa da kömək edəcək.
 
Adsız barmaq
Bu barmaq emosional vəziyyətə nəzarət edə bilir. Əhvali-ruhiyyəniz pisdir? Sizi hər şey qıcıqlandırır və daha əvvəlki kimi səbirli deyilsiniz? Onda bu barmağı masaj edin.
 
Çeçələ barmaq
Ən kiçik barmaq böyrəklər və baş ilə əlaqədardır. Böyrəyiniz ağrıyanda, ya da baş və boyun ağrıları olanda bu texnikadan istifadə edin.
 
Ovuc
Onlar əsəb sistemi ilə birləşib. Gümrah olmaq istəyirinsizsə, ovuc içini masaj edin.

Paylaş:


Müəllif : Baxış :
34332
Tarix:
13-02-2016, 17:32
  






loading...