Enerjinizi artırmaq üçün 14 SADƏ TÖVSİYƏ » Qaynar xəbərlərin tək ünvanı

» » » Enerjinizi artırmaq üçün 14 SADƏ TÖVSİYƏ

Enerjinizi artırmaq üçün 14 SADƏ TÖVSİYƏ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Enerjinizi artırmaq üçün 14 SADƏ TÖVSİYƏEnerjinizin tükəndiyini hiss edirsiniz, heç nəyə həvəsinizin qalmayıb? Yenidən bütün gücünüzü toplamaq istəyirsinizsə, Aile.lent.az-ın bu məsləhətlərinə əməl edin.
 
 
3 dəqiqəlik meditasiya edin
 
Gün ərzində bir dəfə 3 dəqiqəlik meditasiya etmək sizə daha çox enerji verəcək.
 
 
Fasilələrlə idman edin
 
Fasilələrlə, müntəzəm və yoğun idmanlar endorfini artırır. Təbii işıq beyni hərəkətə keçirir və seratoninin ifrazına yardımçı olur. Bu da xoşbəxtliyinizi artıracaq.
 
 
Şokolad yeyin
 
Şokolad qan hüceyrələrinin qorunmasına və qan damarlarındakı sızıntının qarşısının alınmasına kömək edir. Həm də kafein tərkiblidir. Yaxşı enerji yüksəldici olduğunu unutmayın.
 
 
Dərin nəfəs alın
 
Dərin nəfəs almaq qan axınını sürətləndirir. Eyni zamanda hissləri cilovlamağa və mənfi düşüncələrə qalib gəlməyə kömək edir. Dərindən bir nəfəs alın.
 
 
Doğru oturun
 
Dik durun! Qozbel durmaq əzələlərin sürətli çalışaraq yorulmasına səbəb olur, nəfəs almanızı çətinləşdirir. Dik durarkən daha rahat nəfəs ala bilirsiniz, oksigen ağciyərlərə dolar və beləcə qanın daha rahat dövranını təmin edir.
 
 
Başınıza masaj etdirin
 
Baş dərisinə dairəvi hərəkətlərlə masajlar etmək enerjini artırır.
 
 
Mədəni olun, yardım edin!
 
Belə davranmaq avtomatik olaraq enerjinizi artıracaq.
 
 
İt kimi durun
 
Bir iki dəqiqəlik tərs V duruşu edin. Bu cür durmaq ayaqlardakı və qollardakı qan axınını sürətləndirir.
 
 
Sevdiyiniz əyləncəli musiqiləri dinləyin
 
Əyləncəli və həyəcanverici musiqilər enerjinizi yüksəldəcək. Ən sevdiyiniz musiqini dinləyin.
 
 
Nanə qoxulayın
 
Bir nanə, hətta nanə qoxusu avtomatik olaraq trigeminal sinirinə və beynin oyanma mexanizminə təsir edir. Bir nanə qoxulamaq gün boyunca sizi enerjili saxlayacaq.
 
 
Portağal, limon qoxusu
 
Portağal qoxusunun narahatlığı yüngülləşdirməkdə yararlı olduğu təsbit edilib. Limon, portağal qoxuları ilə işə başlaya bilərsiniz.
 
 
Soyuq duş qəbul edin
 
Buz kimi su ilə duş qəbul etdikdən sonra yorğun hiss etmək imkansız sayılır. Soyuq duşun immuniteti gücləndirdiyi də bilinir. Soyuq su dərinizə toxunduğunda qan avtomatik olaraq orqanları isitmək üçün axarkən eyni zamanda qan dövranı da sürətlənir.
 
 
Yasəmən qoxulayın
 
Yasəmən, lavanda kimi güllərin qoxusu zehni fərahlığa, özgüvən yaratmağa yardım edir.
 
 
Piyada gəzin
 
Əgər özünüzü bitkin hiss edirsinizsə, açıq havada gəzintiyə çıxın. 2 saatlıq gəzinti sizə yaxşı təsir edəcək.

Paylaş:


Müəllif : Baxış :
31232
Tarix:
9-02-2016, 19:34
  






loading...