Şəkərli diabetinin ilk əlamətləri » Qaynar xəbərlərin tək ünvanı

» » » Şəkərli diabetinin ilk əlamətləri

Şəkərli diabetinin ilk əlamətləri


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Diabetin inkişafının bir çox əlamətləri adi gözlə belə görünür. Əgər vaxtında onlara diqqət yetirsəniz, bu zaman xəstəliyin ağır nəticələrindən qaça bilərsiniz.

Artıq demək olar ki, şəkərli diabet qlobal epidemiya miqyasındadır. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə dünyada təxminən 347 milyon insan diabet xəstəsidir, 2030-cu ilə qədər isə onların sayı 530 milyonu belə keçə bilər. Diabet vaxtından əvvəl xəstələnmənin və ölüm faizinin aparıcı səbəblərindən biridir, çünki çox vaxt amputasiya əməliyyalatlarına, görmə qabiliyyətinin itməsinə, böyrək çatışmazlığına və ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.

Azərbaycanın statistikasına əsasən, ölkəmizin təxminən 170 min sakini şəkərli diabet xəstəsidir. Lakin rəsmi rəqəmlərdən başqa da bir sıra xəstələr var ki, hələ müayinədən keçmədiklərinə görə statistik məlumatlara daxil olmayıblar. Bu sahədə məlumat çatışmazlığına görə onların əksəriyyəti səhhətində çətinliklərin inkişafı başlamayana qədər öz diaqnozu haqqında şübhələnmir.

Bununla belə isə, şəkər xəstəliyinin inkişafının yüksək riskini qan analizindən əvvəl belə bilmək olar. Sadəcə öz orqanizminizə diqqət yetirsəniz kifayətdir. Bəs bu zaman orqanizmin hansı əlamətləri və siqnalları bizi bu barədə məlumatlandırmalıdır?

Piylənmə

Şəkərli diabetin səbəbi – qanda insulinin hormonunun çatışmazlığı zamanı yaranmış qlükoza maddəsinin yüksək olmasıdır. 1-ci tip diabet vaxtı mədəaltı vəzi ümumiyyətlə insulinin istehsalını dayandırır, 2-ci tip diabet vaxtı isə insulinin ifrazı pozulduğuna görə xəstəlik yaranır. Qeyd edək ki, 90% xəstə məhz 2-ci tip diabet xəstəliyindən əziyyət çəkir.

Piylənmədən əziyyət çəkən insanlarda artıq şəkərli diabet var və ya əgər onlar çəkilərini normallaşdırmasalar bu, yaxın vaxtlarda yaranacaq. Artıq çəki hüceyrələrin insulinə qarşı həssaslığını aşağı salır ki, bu da öz növbəsində 2-ci dərəcəli şəkərli diabetinin inkişafına gətirib çıxarır. Qanda qalaraq, qlükoza damarları dağıdır və insanlarda bunun nəticəsində qanqrena, infarktlar, insultlar yaranır.

Şirniyyata yüksək tələbat və iştahanın artımı

Beyinə qidalanma üçün qlükoza lazımdır. Qida qəbulundan sonra qanda qlükozanın konsentrasiyası artır. Amma əgər insulinə qarşı həssaslıq pozulmuşdursa, qlükoza beyinə çatmır və yağlı toxumadan piyə dəyişdirilir ki, bu da insulinə müqaviməti artırır. Beyin isə əvvəlki kimi qida, xüsusilə də şirniyyat tələb edir. Buna görə insan daha çox yeyir və onun çəkisi artır.

Xroniki yorğunluq

Şəkərli diabetin belə gizli əlamətini çoxları yüksək iş rejimi, yuxu çatışmazlığı, yanlış qidalanma, streslər ilə izah etməyə çalışırlar. Əslində isə, bu şəkərli diabetin ilk əlamətlərindən biridir ki, əzələlər və beyin yetərincə qlükoza almadıqlarına görə onlarda yüksəldilmiş yorğunluq və yorulma hissləri yaranır.

Daimi zəifliyə və yüksək iştaha görə orqanizmində diabet inkişaf edən insan daha az hərəkət edir, çəkidə artır və vəziyyəti ağırlaşır.

Bu üç əlamətin mövcudluğu – qanda qlükozanın səviyyəsini ölçmək və həkimə müraciət etmək üçün ciddi səbəbdir.

Bundan başqa, şəkərli diabet növbəti simptomlarla da bilinir:

Yüksək susuzluq və sidik ifrazının artması. Qanda artıq qlükozadan qurtulmaq üçün, böyrəklər səylə işləməyə başlayır, buna görə də insan tez-tez xüsusən də gecələr bayıra çıxmağa məcbur qalır. Yüksək susuzluq isə onunla bağlıdır ki, orqanizm maye itkisini bərpa etməyə çalışır.

Sürətli çəki itkisi.Diabet xəstəliyi zamanı yalnız sürətli çəki yığımı deyil, həm də onun sürətli itkisi ola bilər. Bu simptom xüsusilə də 1-ci tip şəkərli diabet xəstəliyinin əlamətidir. İnsulin qlükozanın hüceyrələrə daşınılmasının və ondan enerji mənbəyi kimi istifadə etməyin öhdəsindən gəlmir. Nəticədə orqanizmdə aclıq hissi yaranır və o əzələlərdən zülal əldə etməyə başlayır. Böyrəklər də həmçinin qandan qlükozanın artığını çıxardaraq səylə işlədiklərinə görə, bu kalorilərin itməsinə gətirir və böyrəklərə pis təsir edir.
 
Dərinin qaşınması, qiperpiqmentasiya, dərinin kobudlaşması. Dərinin quruluğu pozulmuş qan dövranının nəticəsində yaranır. Bu halda hətta qlükozanın normal səviyyəsində belə insan orqanizmində insulinə qarşı müqavimət ola bilər.

Yaraların gec sağalması. Şəkərin artıq miqdarı qan damarlarını zədələyir ki, bu da yaranın yerinə qanın daxil olmasını çətinləşdirir və sağalma prosesi uzanır.

Göbələk infeksiyaları ( həmçinin, qadınlarının vaginal infeksiyaları). Zəngin şəkərli mühitdə göbələklər və bakteriyalar özlərini çox rahat hiss etdikləri üçün çoxalmağa başlayırlar.
Görmə qabiliyyətinin aşağı enməsi. Şəkərli diabet vaxtı görmə qabiliyyətinin yayğınlığı yarana bilər. Qlükozanın yüksək səviyyəsi göz büllurunun (büllur parçasının) formasına təsir edir. Qanda qlükozanın səviyyəsinin normallaşması vaxtı bu simptom yox ola bilər.

Əl və ayaqlarda keyləşmə, yandırma, şişlər və ağrılar. Diabet əsəb sonluqlarına da zərər vura bilər. Əgər bu simptomlar yeni yaranıbsa, bu zaman şəkərin səviyyəsinə nəzarət onlardan qurtulmağa imkan yaradar.

İnsan nə qədər tez şəkərli diabetin ilk simptomlarına və siqnallarına diqqət etsə, o qədər daha tez bu xəstəliyi nəzarətə götürüb ağır və ölümcül nəticələrdən qurtula bilər

Paylaş:


Müəllif : Baxış :
54432
Tarix:
5-02-2016, 16:34
  


loading...