Təhlükəli virus Avropaya yayılır - ZİKA » Qaynar xəbərlərin tək ünvanı

» » » Təhlükəli virus Avropaya yayılır - ZİKA

Təhlükəli virus Avropaya yayılır - ZİKA


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Təhlükəli virus Avropaya yayılır - ZİKAABŞ-ın Texas ştatının səhiyyə sahəsi üzrə rəsmiləri müəyyən ediblər ki, dünyaya meydan oxumağa başlayan Zika virusu insandan-insana cinsi əlaqə yolu ilə keçə bilər.Bu barədə "interfax.ru” yazır. "Pasient Zika virusuna məhz daha öncə səfər etdiyi ölkədə xəstə ilə cinsi əlaqədə olduqdan sonra yoluxub” -deyə, tibb işçiləri qeyd ediblər.
 
Texasın səhiyyə rəsmiləri bildiriblər ki, virus daşıyıcısı ştata Venesueladan gəlib. Artıq bu hal sözegedən latın ölkəsindən gələn ikinci şəxsdə müəyyən olunub. Daha öncə isə virusun Aedes Aegypt mənşəli ağcaqanadın insanı dişləməsindən sonra yoluxduğu bildirilirdi. Virus xüsusilə, hamilə qadınlar üçün çox qorxuludur. Belə ki, Zika hamilə qadınların bətnində fəallaşdığı zaman mikrosefaliya halı yaşanır.
 
Qeyd edək ki, Zika virusu ilk dəfə 1947-ci ildə Afrikada – Uqandada əmələ gəlib. Bunun ardınca isə Latın Amerikası ölkələrini əhatə etməyə başlayıb. Cənubi Amerikada isə virusun ocağı Braziliya olub. Hansı ki, bu il orada Yay Olimpiya oyunları keçiriləcək. Artıq Braziliya hökuməti bununla bağlı bəyanatla çıxış edib və bəyanatda bildirilir ki, hamilə qadınların Olimpiya oyunlarında keçiriləcək yarışları izləmələri məsləhət görülmür. İdmançılar üçün isə bütün qabaqlayıcı tədbirlər görülür.
 
Son zamanlar Zika virusunun xüsusilə ABŞ-da və bir sıra Avropa ölkələrində yayılması hallarının artması da qeyd olunur. 

sia.az

Paylaş:


Müəllif : Baxış :
24632
Tarix:
3-02-2016, 06:55
  






loading...