Bədənin ən çox ehtiyac duyduğu 5 vitamin » Qaynar xəbərlərin tək ünvanı

» » » Bədənin ən çox ehtiyac duyduğu 5 vitamin

Bədənin ən çox ehtiyac duyduğu 5 vitamin


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bədənin ən çox ehtiyac duyduğu 5 vitamin

 A vitamini


Çatışmazlığının əlamətləri: A vitamini qaraciyərdə toplandığı üçün qeyri-kafi qəbul etdikdə, ilk öncə qaraciyərdə miqdarı azalır, sonra qanda miqdarı düşür. Day.Az deyerler.org-a istinadən bildirir ki, A vitamininin çatışmazlığında tez-tez görmə ilə əlaqədar problemlər ortaya çıxır.


Mənbələri: Qaraciyər, yumurta sarısı, kərə yağı kimi heyvani qidalar, tünd yaşıl yarpaqlı, sarı və narıncı rəngli tərəvəzlərdə olur.


FOL turşusu


Çatışmazlığının əlamətləri: Fol turşusu azaldıqda qan hüceyrələrinin formalaşma prosesi pozulur.


Mənbələri: Qaraciyər və tünd yaşıl yarpaqlı tərəvəzlərlərdir. Bundan əlavə, brokkoli, çuğundur və quru paxlalarda da fol turşusu yer alır.


B12 vitamini


Çatışmazlığının əlamətləri: B12 çatışmazlığı beyin və sinir sistemində, xüsusilə ağır və geri dönüşü olmayan zədələrə səbəb olur.


Mənbələri: Ət, süd məhsulları, balıq və dəniz məhsulları kimi heyvani qidalar B12 baxımından ən zəngin qidalar arasında yer alır.


 

C vitamini


Çatışmazlığının əlamətləri: diş əti qanaxmaları, oynaqlarda şişmə, qan azlığı kimi şikayətlər görünür.


Mənbələri: Narıncı qidalar, itburnu, kivi, çiyələk, gül kələmi, qırmızı və göy bibər, yemiş, yaşıl yarpaqlı tərəvəzlər, pomidor və kartof C vitamini baxımından ən zəngin qidalar arasındadırlar.


D vitamini


Çatışmazlığının əlamətləri: D vitamini çatışmazlığında prioritet olaraq sümük toxuması təsirlənir və zədə alır.


Mənbələri: D vitamininin ən yaxşı mənbələri balıq yağı, qaraciyər, yumurta sarısı, süd və göbələkdir.


Paylaş:


Müəllif : Baxış :
47732
Tarix:
18-05-2017, 23:41
  






loading...